Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyx-ül-islam Allahşükür Paşazadə həzrətlərinin Milad bayramı münasibətilə Təbriki

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyx-ül-islam Allahşükür Paşazadə həzrətlərinin Milad bayramı münasibətilə Təbriki

Bir Olan Yaradanın adı ilə!

Sizi və Azərbaycanda yaşayan bütün Rus-Pravoslav Kilsəsinin övladlarını nurlu Milad və Yeni İl bayramı münasibətilə müsəlmanlar adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Milad sülh, mərhəmət, qardaş sevgisi bayramıdır. Ona görə də bu bayram Azərbaycan xalqı üçün xüsusilə əzizdir, çünki Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət tarixi ənənə və həyat normasıdır.

Milli və dini mənsubiyyətimizdən asılı olmayaraq bir Yaradanın məxluqları olduğumuzdan çıxış edərək, bu nurlu bayram münasibətilə Sizin sevincinizə bütün qəlbimizlə qatılır, bayram sevincini pravoslav bacı-qardaşlarla bölüşürük. Qoy Uca Allah bizi bir birimizə yaxınlaşdıran və birləşdirən hər amilin qorunub saxlanılması və layiqincə inkişafı naminə səylərimizə xeyir-dua versin.

Bir daha Sizi və Azərbaycanda yaşayan bütün pravoslav xristianlarını nurlu və sevinc olu Milad Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Arzumdur ki, O Bir Olan Yaradan hər birinizə və ailələrinizə əmin-amanlıq, firavanlıq, xoşbəxtlik nəsib etsin.

Əs-Səlamu əleykum və rahmətullahi və bərakətuh

Dərin hörmətlə,

Şeyx-ül-islam Allahşükür Paşazadə



Xəbərlər


Bölmənin digər xəbərləri

Azərbaycanda qədim xalq bayramı olan Novruz bayramı qeyd olunur
20.03.2023
6

Azərbaycanda qədim xalq bayramı olan Novruz bayramı qeyd olunur

Ölkəmizdə ən böyük və sevilən bayramlardan biri olan Novruz bayramı  ənənəvi olaraq mart ayının 20-21-i, yaz bərabərliyi günündə qeyd olunur və

Paytaxtın 269 saylı məktəbin şagirdləri Müqəddəs Məryəmin Mövludu kilsəsini ziyarət ediblər
19.03.2023
5

Paytaxtın 269 saylı məktəbin şagirdləri Müqəddəs Məryəmin Mövludu kilsəsini ziyarət ediblər

Bakıdakı 269 saylı orta məktəbin bir qrup şagirdi müəllimlərin müşayiəti ilə Müqəddəs Məryəmin Mövludu kilsəsini ziyarət ediblər.

Bakı şəhəri Müqəddəs Məryəmin Mövludu kilsəsində xeyriyyə tədbiri keçirilib
19.03.2023
4

Bakı şəhəri Müqəddəs Məryəmin Mövludu kilsəsində xeyriyyə tədbiri keçirilib

Bakıdakı Müqəddəs Məryəmin Mövludu kilsəsində ehtiyacı olanlara kömək məqsədilə xeyriyyə layihəsi davam edir. Aylıq aksiyalar

Xəbərlər

Populyar Xəbərlər

Bakı yeparxiyası Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı başsağlığı verir
28.01.2023
37
Yeparxiya xəbərləri

Bakı yeparxiyası Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı başsağlığı verir

Bakı və Azərbaycan Yeparxiyası adından Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə mühafizə xidmətinin əməkdaşı Orxan Əsgərovun  ...

Yeparxiya idarəsinin katibi ilə Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyət Şurasının sədri  və onun müavini arasında görüş keçirilib
24.02.2023
34
Yeparxiya xəbərləri

Yeparxiya idarəsinin katibi ilə Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyət Şurasının sədri və onun müavini arasında görüş keçirilib

Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində Yeparxiya idarəsinin katibi arximandrit Aleksiy (Nikonorov) ilə Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyət ...

Məşhur molokan kəndi İvanovkada tarixdə ilk dəfə pravoslav liturgiyası keçirilib
18.02.2023
31
Yeparxiya xəbərləri

Məşhur molokan kəndi İvanovkada tarixdə ilk dəfə pravoslav liturgiyası keçirilib

İvanovka Azərbaycan ərazisindəki molokan kəndlərinin ən qədimi və ən böyüyüdür. Kəndin yaşı təxminən 200 ildir. Rus molokanları XIX əsrin ...

Xəbərlər