Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində xeyriyyə layihəsinə start verilib
Milad dövrünün müqəddəs günlərində Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində bir xeyirxah işin təməli qoyuldu: ehtiyacı olanlara və çətin həyat vəziyyətində olan insanlara ərzaq yardımı göstərilməyə başlandı. İlk iyirmi nəfərə ərzaq bağlamaları verildi. Kafedralın baş keşişi arximandrit Aleksiy (Nikonorov) hamını Milad bayramı münasibətilə təbrik etdi və kafedral kilsəsi prixodunun ehtiyacı olanlara dəstək olacağı xeyriyyə layihəsindən danışdı. "Yardım müntəzəm olacaq, ümid edirik ki, xeyriyyəçilərin köməyi ilə imkanlarımızı genişləndirə və dəstəyə ehtiyacı olanların hamısını əhatə edə biləcəyik" ata Aleksiy həmçinin qeyd etdi.
Xəbərlər

Bölmə üzrə Menyu
Populyar Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyx-ül-islam Allahşükür Paşazadə həzrətlərinin Milad bayramı münasibətilə Təbriki
Bir Olan Yaradanın adı ilə! Sizi və Azərbaycanda yaşayan bütün Rus-Pravoslav Kilsəsinin övladlarını nurlu Milad və Yeni İl bayramı münasibətilə ...

Bakı və Azərbaycan yeparxiyasının bütün pravoslav prixodlarında Məsihin Mövludu Böyük Bayramı təntənəli şəkildə qeyd olunub
Bakı və Azərbaycan yeparxiyasının bütün pravoslav prixodlarında Məsihin Mövludu Böyük Bayramı təntənəli şəkildə qeyd olunub. Bakı, Gəncə, ...

Dekabrın 12-i Ümummilli Lider və müasir Azərbaycan dövlətinin memarı H.Ə.Əliyevin vəfatının on doqquzuncu ildönümüdür
Dekabrın 12-i Ümummilli Lider və müasir Azərbaycan dövlətinin memarı H.Ə.Əliyevin vəfatının on doqquzuncu ildönümüdür. Heydər Əliyevin ...