Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
«Rus Evində» Pravoslav Kitabı Gününə həsr olunmuş tədbir keçirilib
Pravoslav Kitabı Günündə Bakıdakı «Rus Evində» («Russkiy Dom») Bakı və Azərbaycan yeparxiyası və «Rossotrudniçestvo»nun Azərbaycandakı Nümayəndəliyinin (Rus Evi) birgə hazırladığı tədbir keçirilib.
Pravoslav Kitab Günü ilk dəfə 2010-cu ildə qeyd edilib. Onun keçirilməsi təşəbbüsü Rus Pravoslav Kilsəsinə məxsusdur. Bayram hər il martın 14-də keçirilir, çünki 1564-cü ilin bu günü Rusiyada ilk çap kitabı - İvan Fedorovun "Həvari" kitabı nəşr olunub.
Tədbiri giriş sözü ilə Rossotrudniçestvo-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov açıb. Bakı yeparxiya idarəsinin katibi arximandrit Aleksiy (Nikonorov) qeyd olunan hadisə və onunla bağlı tarixi şəraitdən danışıb. Nelli İsrafilovanın rəhbərliyi altında mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin kiçik xoru Böyük Oruc ilahilərini ifa etdilər. Pyatiqorsk yeparxiyasının mədəniyyət şöbəsinin katibi Mixail Statsyuk fortepianonun müşayiəti ilə müəllif vokal əsərləri ilə çıxış etdi.
Tədbir çərçivəsində, ilk dəfə 2006-cı ildə nəşr olunan "Pravoslavnıy vestnik" adlı aylıq yeparxiya qəzetinin yenilənmiş versiyasının təqdimatı keçirilib. Həmçinin, tamaşaçılara Pravoslav Kitabı Gününə həsr olunmuş Bakı yeparxiyasının arxivindən nadir çap nəşrlərindən ibarət sərgi təqdim olunub.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri

Azərbaycanda qədim xalq bayramı olan Novruz bayramı qeyd olunur
Ölkəmizdə ən böyük və sevilən bayramlardan biri olan Novruz bayramı ənənəvi olaraq mart ayının 20-21-i, yaz bərabərliyi günündə qeyd olunur və

Paytaxtın 269 saylı məktəbin şagirdləri Müqəddəs Məryəmin Mövludu kilsəsini ziyarət ediblər
Bakıdakı 269 saylı orta məktəbin bir qrup şagirdi müəllimlərin müşayiəti ilə Müqəddəs Məryəmin Mövludu kilsəsini ziyarət ediblər.

Bakı şəhəri Müqəddəs Məryəmin Mövludu kilsəsində xeyriyyə tədbiri keçirilib
Bakıdakı Müqəddəs Məryəmin Mövludu kilsəsində ehtiyacı olanlara kömək məqsədilə xeyriyyə layihəsi davam edir. Aylıq aksiyalar
Populyar Xəbərlər

Bakı yeparxiyası Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı başsağlığı verir
Bakı və Azərbaycan Yeparxiyası adından Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə mühafizə xidmətinin əməkdaşı Orxan Əsgərovun ...

Yeparxiya idarəsinin katibi ilə Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyət Şurasının sədri və onun müavini arasında görüş keçirilib
Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində Yeparxiya idarəsinin katibi arximandrit Aleksiy (Nikonorov) ilə Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyət ...

Məşhur molokan kəndi İvanovkada tarixdə ilk dəfə pravoslav liturgiyası keçirilib
İvanovka Azərbaycan ərazisindəki molokan kəndlərinin ən qədimi və ən böyüyüdür. Kəndin yaşı təxminən 200 ildir. Rus molokanları XIX əsrin ...