Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Yepiskop Aleksiy MP XKƏŞ-nin sədri ilə Qafqaz Müsəlmanları Başçısı arasında keçirilən görüşdə iştirak edib

Yepiskop Aleksiy MP XKƏŞ-nin sədri ilə Qafqaz Müsəlmanları Başçısı arasında keçirilən görüşdə iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri Şöbəsinin sədri Mitropolit Antoninin (Sevryuk) başçılıq etdiyi Rus Pravoslav Kilsəsinin nümayəndə heyətini öz iqamətgahında qəbul edib. Görüş Qafqaz Müsəlmanları Başçısının 75 illik yubileyinin qeyd edilməsi çərçivəsində baş tutub. Mitropolit Antoniy Allahşükür Paşazadəyə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill müqəddəsləri adından hədiyyə təqdim etdi və Rus Pravoslav Kilsəsi Başçısının təbrik məktubunu oxudu. Məktubda, həmiçin, deyilir: "...Xalqlarımız arasında əlaqələrin inkişafına verdiyiniz müstəsna tövhələrə görə, eləcə də qeyd etdiyiniz yubileylə əlaqədar mən Sizi Rus Pravoslav Kilsəsinin ən yüksək mükafatlarından biri - Kiyev, Moskva və bütün Rusiyanın mitropoliti Müqəddəs Aleksisin I dərəcəli ordeni ilə təltif etmək qərarına gəldim".

Görüşdə Bakı və Azərbaycan yepiskopu Aleksiy, Xarici Kilsə Əlaqələri Şöbəsinin sədr müavini arximandrit Filaret (Bulekov), şöbənin əməkdaşı keşiş Nikolay Vasin, Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov, Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri M.N. Yevdokimov, Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri və nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları, Milli Məclisin deputatları, jurnalistlər iştirak ediblər.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Yepiskop Aleksiy İvanovka prixodunda İlahi Liturgiyanı keçirib
11.01.2026
17

Yepiskop Aleksiy İvanovka prixodunda İlahi Liturgiyanı keçirib

Pentikost bayramından sonrakı 31-ci Rəbb günündə, Bakı və Azərbaycan yepiskopu Aleksiy İsmayıllı rayonunun İvanovka kəndindəki Həvari İlahiyyatçı Yəhya prixodunda İlahi Liturgiya keçirib. Arxiyereyi Bakı şəhəri Müqəddəs

Beynəlxalq Muğam Mərkəzində yeparxiya Milad yolkası keçirilib
10.01.2026
28

Beynəlxalq Muğam Mərkəzində yeparxiya Milad yolkası keçirilib

Beynəlxalq Muğam Mərkəzinin zalında yeparxiyanın "Milad yolkası" bayramı keçirildi. Bayramın bədii tərtibatı və "Gənc oğlanlar və qızlar" yeparxiya teatrının "Milad ərəfəsi" tamaşasının quruluşu Allahın Əqdəs

Qaradağ rayonunda xeyriyyə tədbiri keçirilib
09.01.2026
28

Qaradağ rayonunda xeyriyyə tədbiri keçirilib

Yeparxiyanın xeyriyyəçilik və sosial xidmət üzrə şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev Bakının Qaradağ rayonunda ənənəvi xeyriyyə tədbiri keçirib və burada rus və ukraynalı icmalardan olan aztəminatlı ailələrlə

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin böyük təqdis mərasimini keçirib
21.11.2025
133
Xəbərlər 2025

Yepiskop Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin böyük təqdis mərasimini keçirib

21 noyabrda Kilsə Allahın Ordularının Sərkərdəsi Ali-Mələk Mikayıl və digər Cisimsiz Səmavi Qüvvələrin bayramını qeyd edir. Bu, 2025-ci ildə Bakı yeparxiyasının 180 illik yubileyini qeyd edəcəyi Bakıdakı Ali-Mələk Mikayıl Kilsəsinin taxt-tac ...

Allahın Ordularının Sərkərdəsi Müqəddəs Ali-Mələk Mikayıl bayramı ərəfəsində, yepiskop Aleksiy axşam ibadətini icra etdi
20.11.2025
92
Xəbərlər 2025

Allahın Ordularının Sərkərdəsi Müqəddəs Ali-Mələk Mikayıl bayramı ərəfəsində, yepiskop Aleksiy axşam ibadətini icra etdi

Allahın Ordularının Sərkərdəsi Müqəddəs Ali-Mələk Mikayıl və Cisimsiz Səmavi Qüvvələrin bayramı ərəfəsində, Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhərin Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində axşam ibadətini icra ...

Arxiyerey kafedral kilsəsində İlahi Liturgiya keçirib
16.11.2025
83
Xəbərlər 2025

Arxiyerey kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün (Pentikost) bayramından sonra 23-cü Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kilsəsin ...

Xəbərlər