Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Yepiskop Aleksiy Azərbaycanın qərb bölgələrinə tanışlıq səfəri edib

Yepiskop Aleksiy Azərbaycanın qərb bölgələrinə tanışlıq səfəri edib
Azərbaycanın xristian irsi ilə tanışlıq çərçivəsində yepiskop Aleksiy ölkənin qərb bölgəsinə tanışlıq səfəri edib. 
Arxiyerey Şəki rayonunun Kiş kəndində qədim Qafqaz Albaniya torpağına xristianlığın ilk toxumlarını gətirmiş, həvari Taddayın şagirdi müqəddəs Elişanın müjdəçiliyi yerində tikilmiş kilsə-muzeyini ziyarət edib. Aleksiy həzrətləri Qax rayonunun Qum kəndində V-VI əsrlərə - Qafqaz Albaniyasında xristianlığın intibah dövrünə aid qədim xristian bazilikasında olub. Oğuz şəhərində yepiskop 1822-ci ildə tikilmiş, hazırda tarix və etnoqrafiya muzeyinin yerləşdiyi müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy pravoslav kilsəsini, eləcə də keçmiş müqəddəs Elişa monastırının "Kala Gergets" adlı kiçik kilsəsini ziyarət edib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları kilsələri ziyarət etməyə köməklik göstəriblər.
Səfər çərçivəsində yepiskop Aleksiy udi xalqının yığcam məskunlaşdığı Qəbələ rayonunun Nic kəndində olub, burada Alban-Udi Xristian icmasının sədri Robert Mobili və  icmanın ruhani rəhbəri Rafiq Danakari ilə görüşüb. Robert Mobili qonaqlara icmanın həyatı haqqında məlumat verib, Müqəddəs Elişa (“Cotari”) və Allahın Əqdəs Validəsi (“Bulun”) qədim kilsələrini göstərib. 
Səfər zamanı yepiskopu Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov və iqumen Kirill (Nikitin) müşayiət ediblər.


Xəbərlər


Bölmənin digər xəbərləri

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
19.03.2025
11

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında Ramazan ayı münasibətilə ənənəvi iftar süfrəsi açılıb. İftarda Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri,

Yepiskop Aleksiy Azərbaycan Kazakları İttifaqının atamanı ilə görüş keçirilib
18.03.2025
12

Yepiskop Aleksiy Azərbaycan Kazakları İttifaqının atamanı ilə görüş keçirilib

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Azərbaycan Kazakları İttifaqının atamanı S.V.Samuylov arasında görüş keçirilib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər

Yepiskop Aleksiy Allahın Əqdəs Validəsinin Mövludu kilsəsidə Əzablar ayinini keçirib
16.03.2025
15

Yepiskop Aleksiy Allahın Əqdəs Validəsinin Mövludu kilsəsidə Əzablar ayinini keçirib

Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində passiya (İsa Məsihin Əzablarının xatirəsi) keçirib. Yepiskopu yeparxiyanın ruhaniləri müşayiət edib. İbadətin sonunda yepiskop Aleksiy

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
23.02.2025
55
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Qiyamət Məhkəməsi Rəbb günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyaya başçılıq edib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri müşayiət ...

Gəncədə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib
25.02.2025
42
Yeparxiya xəbərləri

Gəncədə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Xocalı faciəsinin 33-cü ildönümü ərəfəsində Gəncə şəhərinin din xadimləri və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsinin nümayəndələri faciə qurbanlarının xatirəsinə ...

Din xadimləri Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər
26.02.2025
40
Yeparxiya xəbərləri

Din xadimləri Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər

Fevralın 26-da müasir Azərbaycan tarixinin ən dəhşətli hadisələrindən biri olan Xocalı faciəsindən 33 il ötür. Azərbaycanın dini liderləri Bakının eyniadlı prospektində Xocalı memorialının önünə gül dəstələri ...

Xəbərlər