Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakıda Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub
Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər Beynəlxalq Muğam Mərkəzində keçirilən yubiley gecəsi ilə başa çatıb. Konsert zalının səhnəsində Nərgiz Voronkovanın rəhbərliyi ilə kilsənin xoru və Larisa Kərimovanın rəhbərlik etdiyi uşaq bazar günü məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış etdilər. Elen Nağıyevanın rəhbərlik etdiyi uşaq kollektivi rəqs nömrəsi təqdim etdi. Bayram proqramının bədii quruluşunu Larisa Kərimova hazırlayıb. Həmçinin tamaşaçılara Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin tarixini və müasir vəziyyətini fotoşəkillər vasitəsilə əks etdirən sərgi təqdim olunub.
Yubiley gecəsində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aslan Sultanov, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi Yozef Marek, diplomatik nümayəndəliklərin əməkdaşları, Bakı Yeparxiyasının ruhaniləri və kilsə icmalarının üzvləri, eləcə də paytaxt sakinləri iştirak ediblər.
Bayram gecəsinin sonunda Bakı və Azərbaycan yepiskopu Aleksiy toplaşanlar qarşısında çıxış edərək hər kəsi kilsənin 100 illik yubileyi münasibətilə təbrik edib, bu gözəl proqramı hazırlayıb tamaşaçılara təqdim edənlərə təşəkkürünü bildirib.
Yeparxiyanın ziyarət hərəkatının iştirakçıları tərəfindən Müqəddəs Məryəmin Doğulması kafedral kilsəsinə qiymətli hədiyyə — ibadət zamanı istifadə olunmaq üçün gümüş kuzələr və məcməyi təqdim edilib.