Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsində taxt-tac bayramı keçirilib

Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsində taxt-tac bayramı keçirilib

Bakı və Azərbaycan yepiskopu Aleksiy Lənkəran şəhəri   Allahın Əqdəs Valisədinin Dua Örpəyi Anasının Himayəsi bayramı münasibətilə keçirilən təntənəli ibadətə başçılıq edib. Arxiyereyəi Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov, Lənkəran pravoslav icmasının rəhbəri protoiyerey Aleksandr Astaşkin və protodiakon Vadim Tokarev müşayiət ediblər. İbadət nəğmələrini Şalva Abasovun rəhbərliyi altında Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin xoru ifa ediblər. İbadətdə Lənkəranın pravoslav sakinlərlə birlikdə Yeparxiyanın zəvvarlıq Şöbəsi tərəfindən Lənkərana səfəri təşkil olunmuş Bakı kilsələrinin imanlıları iştirak ediblər. İlahi Liturgiyanın sonunda bayram münasibətilə xüsusi dua mərasimi keçirilib və kilsə qaydalarına uyğun olaraq uzun ömür və rifah diləkləri səsləndirilib.
İbadətdən sonra Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səhran Alışov yepiskop Aleksini salamlayıb. Qeyd edək ki, Lənkəran pravoslav icması ilə Səhran Alışov arasında səmimi və səmərəli əməkdaşlıq münasibətləri formalaşıb.
Bayram münasibətilə kilsənin həyətində bütün iştirakçılar üçün çay süfrəsi açılıb, qonaqlara Lənkəran pravoslav icmasının üzvləri tərəfindən xüsusi qayğı ilə hazırlanmış şirniyyatlar təqdim olunub.



Xəbərlər


Bölmənin digər xəbərləri

Dini xadimləri Zəfər Parkında yerləşən memorialın önünə gül dəstələri qoymuşlar
08.11.2026
2

Dini xadimləri Zəfər Parkında yerləşən memorialın önünə gül dəstələri qoymuşlar

Noyabrın 8-də Azərbaycanda 44 günlük Vətən müharibəsində Zəfər Günü qeyd olunur. Bayram günü Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri və nümayəndələri Zəfər Parkında yerləşən “8 Noyabr”

4 noyabr – Allahın Əqdəs Validəsinin Kazan ikonasının bayramı
04.11.2026
28

4 noyabr – Allahın Əqdəs Validəsinin Kazan ikonasının bayramı

Noyabrın 4-də Allahın Əqdəs Validəsinin Kazan ikonasının bayramı münasibətilə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində İlahi Liturgiyaya başçılıq edib. Arxiyereyi yeparxiyanın

Xəbərlər