Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakıda birinci Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsi ehtiramla yad edilib
Birinci Qarabağ Müharibəsi zamanı Vətən uğrunda canlarından keçmiş Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyov və döyüş yoldaşı Sergey Barıninin vəfatının 31-ci ildönümüdür. Yuriy Kovalev və Sergey Barınin 1991-ci il oktyabrın 3-də eyni döyüşdə həlak olublar. Həmin gün onlar, Xocavənddən döyüş tapşırığından maşınla qayıdarkən, OMON-çu dostları Andrey Kudenin və Aleksandr Abramovla birlikdə pusquya düşüblər. Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli Fərmanı ilə Yuriy Kovalyov ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.
Şəhidlər xiyabanında keçirilən matəm tədbirində Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı M. Zabelin, Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı C. Cəbrayılov, "Rossotrudniçestvo"-nun Azərbaycandakı nümayəndəliyin başçısı İ. Zinnurov, Yuri Kovalyovun qohumları, yaxınları və döyüş yoldaşları iştirak edib. Bakının Alimələk Mikayıl kilsəsinin baş keşişi, protoiyerey Mefodiy Əfəndiyev Azərbaycan xalqının iki sadiq oğlunun dəfn olunduğu yerləri - Şəhidlər xiyabanını və Qaladakı pravoslav qəbiristanlığını ziyarət edərək mərhumlar üçün dua (litiya) mərasimi keçirib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri

Bakıda rusiyalı həmvətənlərin Azərbaycandakı ictimai təşkilatlarının ölkə üzrə konfransı keçirilib
Bakı Rus Mədəniyyəti Mərkəzində rusiyalı həmvətənlərin Azərbaycandakı ictimai təşkilatlarının rus mədəniyyətinin qorunub saxlanması,

Hər il keçirilən "Yer və Səma "uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı Muzey Mərkəzində hər il keçirilən "Yer və Səma "uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Slavyan yazı

Bakı yeparxiyasının katibi Vatikanın Türkiyə, Azərbaycan və Türkmənistandakı səfirliyinin birinci katibi Arnaud du Şeyron ilə görüşüb
Bakıda işgüzar səfərdə olan Vatikanın Türkiyə, Azərbaycan və Türkmənistandakı səfirliyinin birinci katibi Arnaud du Şeyron mqd. Mürr-Daşıyan
Populyar Xəbərlər

Azərbaycanın katolik icması Pasxa bayramını qeyd edir
Bakının mqd. Məryəm katolik kilsəsində keçirilən Pasxa ibadətində Bakı yeparxiyasının katibi, arximandrit Aleksiy (Nikonorov) və yeparxiyanın informasiya ...

Bakı yeparxiyasında Heydər Əliyevin xatirəsi anılıb
Balkı yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. ...

Həştərxan vilayətinin qubernatoru Bakı kafedral kilsəsini ziyarət edib
Rəbbin Yerusəlimə Girişi bayramı günü mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində bayram ibadəti keçirilib. Bayram ibadətində ...