Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Yeparxiya şurasının katibi "Çili: xalq və mənzərə" fotosərgi açılışında iştirak edib
Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan Diplomatik Akademiyası, Çilinin Azərbaycan Respublikasındakı səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Çili: xalq və mənzərə” mövzusunda fotosərgi açılıb.
Sərginin açılış mərasimində Akademiyanın prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Çilinin Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Rodriqo Arkos Kastro və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman tədbir iştirakçılarına salamlama nitqi ilə müraciət edib. Sonra qonaqların səfirlə “sual-cavab” formatında söhbəti olub, söhbət zamanı çilililərin adət-ənənələri, eləcə də Azərbaycan və Çili arasında diplomatik və mədəni əlaqələrin inkişaf səviyyəsi ilə bağlı mövzulara toxunulub. Rəsmi hissə başa çatdıqdan sonra qonaqlar təqdim olunan ekspozisiya ilə tanış olublar. Tədbirdə Meksika, Venesuela, Kuba diplomatları, Azərbaycanın dini və milli icmalarının rəhbərləri və nümayəndələri, Akademiyanın müəllim və tələbələri iştirak edib.
Bakı Yeparxiyasını tədbirdə Yeparxiya Şurasının katibi, protoiyerey Mefodiy Əfəndiyev təmsil edib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri

Bakıda rusiyalı həmvətənlərin Azərbaycandakı ictimai təşkilatlarının ölkə üzrə konfransı keçirilib
Bakı Rus Mədəniyyəti Mərkəzində rusiyalı həmvətənlərin Azərbaycandakı ictimai təşkilatlarının rus mədəniyyətinin qorunub saxlanması,

Hər il keçirilən "Yer və Səma "uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı Muzey Mərkəzində hər il keçirilən "Yer və Səma "uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Slavyan yazı

Bakı yeparxiyasının katibi Vatikanın Türkiyə, Azərbaycan və Türkmənistandakı səfirliyinin birinci katibi Arnaud du Şeyron ilə görüşüb
Bakıda işgüzar səfərdə olan Vatikanın Türkiyə, Azərbaycan və Türkmənistandakı səfirliyinin birinci katibi Arnaud du Şeyron mqd. Mürr-Daşıyan
Populyar Xəbərlər

Azərbaycanın katolik icması Pasxa bayramını qeyd edir
Bakının mqd. Məryəm katolik kilsəsində keçirilən Pasxa ibadətində Bakı yeparxiyasının katibi, arximandrit Aleksiy (Nikonorov) və yeparxiyanın informasiya ...

Bakı yeparxiyasında Heydər Əliyevin xatirəsi anılıb
Balkı yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. ...

Həştərxan vilayətinin qubernatoru Bakı kafedral kilsəsini ziyarət edib
Rəbbin Yerusəlimə Girişi bayramı günü mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində bayram ibadəti keçirilib. Bayram ibadətində ...