Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Yeparxiya Şurasının iclasına başçılıq edib
Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Yeparxiya Şurasının iclasına başçılıq edib. Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzinin konfrans zalında keçirilən iclasda arxiyerey ötən ilin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.
Bu gün Bakı yeparxiyasında 7 prixod və 2 ibadətgah mövcuddur. Yeparxiyada 34 ruhani xidmət edir ki, onlardan 21-i keşiş, 13-ü diakondur. İclas iştirakçıları qarşısında çıxış edən arxiyepiskop Feofilakt paytaxtın iki kilsəsi - Məryəm Ananın Mövludu və Ali-Mələk Mikayıl kilsələrində genişmiqyaslı təmir-bərpa işlərinin başa çatdırılmasını, eləcə də Lənkəran şəhərinin Məryəmin Dua Örpəyi prixodunda tam liturgiya həyatının başlanmasını ötən ilin ən mühüm hadisələri adlandırıb. Arxiyerey pandemiyadan sonrakı dövrdə ibadət və prixod həyatının normallaşlmasına, uşaqlar və böyüklər üçün bazar günü məktəblərinin açılmasına, yeparxiya idarəsinin əməkdaşlarının və Bakı yeparxiyasının ruhanilərinin ölkənin sosial və mədəni həyatında iştirak etmələrinə xüsusi diqqət yetirib. Feofilakt həzrətləri bəzi yeparxiya strukturlarının işində müsbət dəyişiklikləri də qeyd edib. Arxiyerey yeparxiyanın dövlət orqanları, dini və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyətindən danışıb.
Arxiyepiskopun hesabatında yeparxiya idarələrinin və komissiyalarının işi öz əksini tapıb. Feofilakt həzrətləri Yeparxiya İdarəsinin illik fəaliyyətinin nəticələrini təqdim edib.
İclasın sonunda arxipastır iştirakçıların suallarını cavablandırıb və yeni 2023-cü ilin başlanması münasibətilə tədbir iştirakçılarına xeyir-dua və nəsihətlər verib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri

Bakıda rusiyalı həmvətənlərin Azərbaycandakı ictimai təşkilatlarının ölkə üzrə konfransı keçirilib
Bakı Rus Mədəniyyəti Mərkəzində rusiyalı həmvətənlərin Azərbaycandakı ictimai təşkilatlarının rus mədəniyyətinin qorunub saxlanması,

Hər il keçirilən "Yer və Səma "uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı Muzey Mərkəzində hər il keçirilən "Yer və Səma "uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Slavyan yazı

Bakı yeparxiyasının katibi Vatikanın Türkiyə, Azərbaycan və Türkmənistandakı səfirliyinin birinci katibi Arnaud du Şeyron ilə görüşüb
Bakıda işgüzar səfərdə olan Vatikanın Türkiyə, Azərbaycan və Türkmənistandakı səfirliyinin birinci katibi Arnaud du Şeyron mqd. Mürr-Daşıyan
Populyar Xəbərlər

Azərbaycanın katolik icması Pasxa bayramını qeyd edir
Bakının mqd. Məryəm katolik kilsəsində keçirilən Pasxa ibadətində Bakı yeparxiyasının katibi, arximandrit Aleksiy (Nikonorov) və yeparxiyanın informasiya ...

Bakı yeparxiyasında Heydər Əliyevin xatirəsi anılıb
Balkı yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. ...

Həştərxan vilayətinin qubernatoru Bakı kafedral kilsəsini ziyarət edib
Rəbbin Yerusəlimə Girişi bayramı günü mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində bayram ibadəti keçirilib. Bayram ibadətində ...