Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyx-ül-islam Allahşükür Paşazadə həzrətlərinin Milad bayramı münasibətilə Təbriki

Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyx-ül-islam Allahşükür Paşazadə həzrətlərinin Milad bayramı münasibətilə Təbriki

Bir Olan Yaradanın adı ilə!

Sizi və Azərbaycanda yaşayan bütün Rus-Pravoslav Kilsəsinin övladlarını nurlu Milad və Yeni İl bayramı münasibətilə müsəlmanlar adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Milad sülh, mərhəmət, qardaş sevgisi bayramıdır. Ona görə də bu bayram Azərbaycan xalqı üçün xüsusilə əzizdir, çünki Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət tarixi ənənə və həyat normasıdır.

Milli və dini mənsubiyyətimizdən asılı olmayaraq bir Yaradanın məxluqları olduğumuzdan çıxış edərək, bu nurlu bayram münasibətilə Sizin sevincinizə bütün qəlbimizlə qatılır, bayram sevincini pravoslav bacı-qardaşlarla bölüşürük. Qoy Uca Allah bizi bir birimizə yaxınlaşdıran və birləşdirən hər amilin qorunub saxlanılması və layiqincə inkişafı naminə səylərimizə xeyir-dua versin.

Bir daha Sizi və Azərbaycanda yaşayan bütün pravoslav xristianlarını nurlu və sevinc olu Milad Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Arzumdur ki, O Bir Olan Yaradan hər birinizə və ailələrinizə əmin-amanlıq, firavanlıq, xoşbəxtlik nəsib etsin.

Əs-Səlamu əleykum və rahmətullahi və bərakətuh

Dərin hörmətlə,

Şeyx-ül-islam Allahşükür Paşazadə



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakıda H.Ə. Əliyevin anadan olmasının 100 illiyinə və “Azərbaycanın Rus İcması” ictimai birliyinin fəaliyyətinin 30 illiyinə həsr olunmuş tədbirlər keçirilib
03.06.2023
6

Bakıda H.Ə. Əliyevin anadan olmasının 100 illiyinə və “Azərbaycanın Rus İcması” ictimai birliyinin fəaliyyətinin 30 illiyinə həsr olunmuş tədbirlər keçirilib

Bakıda Azərbaycanın Rus İcmasının təşkilatçılığı ilə H.Ə. Əliyevin anadan olmasının 100 illiyinə və “Azərbaycanın Rus

Bazar günü məktəbliləri Rus Dram Teatrının tamaşasına baxıblar
03.06.2023
0

Bazar günü məktəbliləri Rus Dram Teatrının tamaşasına baxıblar

Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin nəznində fəaliyyət göstərən uşaqlar üçün bazar günü məktəbinin kiçik qrup

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müqəddəs Aleksandr Nevskiy sövməsində dua mərasimi keçirilib
02.06.2023
8

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müqəddəs Aleksandr Nevskiy sövməsində dua mərasimi keçirilib

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin mqd. knyaz Aleksandr Nevskiy pravoslav sövməsində dua mərasimi keçirilib. İbadətə Bakı yeparxiyasının katibi

Xəbərlər

Populyar Xəbərlər

Azərbaycanın katolik icması Pasxa bayramını qeyd edir
09.04.2023
81
Yeparxiya xəbərləri

Azərbaycanın katolik icması Pasxa bayramını qeyd edir

Bakının mqd. Məryəm katolik kilsəsində keçirilən Pasxa ibadətində Bakı yeparxiyasının katibi, arximandrit Aleksiy (Nikonorov) və yeparxiyanın informasiya ...

Bakı yeparxiyasında Heydər Əliyevin xatirəsi anılıb
14.05.2023
69
Yeparxiya xəbərləri

Bakı yeparxiyasında Heydər Əliyevin xatirəsi anılıb

Balkı yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. ...

Həştərxan vilayətinin qubernatoru Bakı kafedral kilsəsini ziyarət edib
09.04.2023
45
Yeparxiya xəbərləri

Həştərxan vilayətinin qubernatoru Bakı kafedral kilsəsini ziyarət edib

Rəbbin Yerusəlimə Girişi bayramı günü mqd.  Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində bayram ibadəti keçirilib. Bayram ibadətində ...

Xəbərlər