Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakı kafedral kilsəsinə hədiyyə olaraq ikonalar təqdim edilib
Rəbbin Təqdimedilməsi bayramı günü mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini Belarusiyalı qonaq, Mogilyov vilayəti Boquşovka qəsəbəsinin Məryəm Ananın Dua Örpəyi qədim-pravoslav, əski-adət prixodunun baş keşişi ata Vladimir Vorobyov ziyarət edib. Ata Vladimir Vorobyov Azərbaycana birinci dəfə deyil ki səfər edir. Bu dəfə xeyriyyəçilərin və Məryəm Ananın Dua Örpəyi icmasının dəstəyi ilə Bakı yeparxiyası üçün hədiyyə olaraq ikona təsvirləri və xaçlar, o cümlədən mqd. Minsklı Valentinanın təsviri hazırlanıb.
XX əsrdə yaşamış bu müqəddəs ona verilmiş xüsusi ənamlar ilə məşhurlaşıb. Müqəddəs Valentina işıqlı baxışları ilə dünyanı mənəvi, əksər hallarda gözəgörünməz qalan tərəfdən görürdü. Buna görə də, o, onu ziyarət edən insanların həyatını ruhu ilə seyr edirdi; kimin və nə üçün gəldiyini soruşmadan, hətta deyilməyən suallara belə cavab verirdi. Rahibə-ana keçmişi də, gələcəyi də aydın görür və lazım bildikdə insanlara onlardan danışırdı. Ziyarətçinin qəlbindəki sirri açaraq, onu Rəbb İsa Məsihə imanda gücləndirir, tövbə etməyən günahkarları məzəmmət edir, onları tövbəyə və xilasa çağırırdı. Valentina kədər içində olanlara təsəlli verir və duası ilə onlara kömək edir, Allahın lütfü ilə xəstələrə şəfa verirdi.
Liturgiyanın sonunda ata Vladimir Azərbaycan pravoslavlarını salamlayaraq ümidvar olduğunu bildirib ki, ikonaların gətirilməsi ilə bağlı bu aksiya Belarus və Azərbaycan xristianlarını duada birləşdirəcək mənəvi körpüyə çevriləcək. Bu hadisənin xatirəsinə ibadətdə iştirak edən hər kəs hədiyyə olaraq mqd. Minsklı Valentinanın kiçik ikonanı aldı.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri

Bakıda H.Ə. Əliyevin anadan olmasının 100 illiyinə və “Azərbaycanın Rus İcması” ictimai birliyinin fəaliyyətinin 30 illiyinə həsr olunmuş tədbirlər keçirilib
Bakıda Azərbaycanın Rus İcmasının təşkilatçılığı ilə H.Ə. Əliyevin anadan olmasının 100 illiyinə və “Azərbaycanın Rus

Bazar günü məktəbliləri Rus Dram Teatrının tamaşasına baxıblar
Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin nəznində fəaliyyət göstərən uşaqlar üçün bazar günü məktəbinin kiçik qrup

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müqəddəs Aleksandr Nevskiy sövməsində dua mərasimi keçirilib
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin mqd. knyaz Aleksandr Nevskiy pravoslav sövməsində dua mərasimi keçirilib. İbadətə Bakı yeparxiyasının katibi
Populyar Xəbərlər

Azərbaycanın katolik icması Pasxa bayramını qeyd edir
Bakının mqd. Məryəm katolik kilsəsində keçirilən Pasxa ibadətində Bakı yeparxiyasının katibi, arximandrit Aleksiy (Nikonorov) və yeparxiyanın informasiya ...

Bakı yeparxiyasında Heydər Əliyevin xatirəsi anılıb
Balkı yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. ...

Həştərxan vilayətinin qubernatoru Bakı kafedral kilsəsini ziyarət edib
Rəbbin Yerusəlimə Girişi bayramı günü mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində bayram ibadəti keçirilib. Bayram ibadətində ...