Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Avqustun 28-29-da Quba rayonunda dinlərarası səyyar forumu təşkil olunub

Avqustun 28-29-da Quba rayonunda dinlərarası səyyar forumu təşkil olunub

Avqustun 28-29-da Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Bakı və Azərbaycan Yeparxiyası və Azərbaycanda Katolik Kilsəsinin Prefekturasının birgə təşkilatçılığı ilə Qubada “Dinlərarası birgəyaşayış: müasir çağırışlar və Azərbaycan nümunəsi” mövzusunda dəyirmi masa keçirilib.

Forumda Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Azərbaycanın müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində iştirakçılar Azərbaycan xalqının ümummilli liderinin abidəsi önünə gül dəstələri düzüb, Quba şəhəri Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə tanış olub, Quba şəhəri Cümə məscidini, Azərbaycanda dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbənin baş və ən qədim sinaqoqunu, Xaçmaz şəhəri mqd. Ecazkar Nikolay pravoslav kilsəsini, eləcə də 1918-ci il faciəvi xadisələrin qurbanlarına həsr olunmuş Xatirə Kompleksini ziyarət ediblər.

Xaçmaz şəhəri mqd. Nikolay kilsəsində forum iştirakçılarını kilsənin baş keşişi iyeromonax Georgiy Budaqov salamlayaraq qonaqlara kilsənin tarixi və ölkəmizin şimal bölgəsinin pravoslav icmasının həyatı haqqında məlumat verib.

Bakı yeparxiyasını tədbirdə yeparxiyanın ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev təmsil edib.



Xəbərlər


Bölmənin digər xəbərləri

Yeparxiyanın cəzaçəkmə müəssisələrində xidmət üzrə şöbəsinin rəhbəri məhkumlara baş çəkib
28.09.2023
3

Yeparxiyanın cəzaçəkmə müəssisələrində xidmət üzrə şöbəsinin rəhbəri məhkumlara baş çəkib

Yeparxiyanın cəzaçəkmə müəssisələrində xidmət üzrə şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev 4 saylı cəzaçəkmə müəssisəsində məhbuslara baş çəkib. Cəzaçəkmə müəssisəsinin ibadət otağında

Gəncədə Anım Gününə həsr olunmuş tədbirlər keçirilib
28.09.2023
3

Gəncədə Anım Gününə həsr olunmuş tədbirlər keçirilib

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis edilən Anım Günü qeyd edilir. Həmin gün ölkənin hər yerində doğma yurdunun ərazi

Dini xadimlər həlak olan əsgərlərin xatirəsini ehtiramla yad ediblər
27.09.2023
3

Dini xadimlər həlak olan əsgərlərin xatirəsini ehtiramla yad ediblər

Sentyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2020-ci il tarixli sərəncamı ilə doğma torpağın əmin-amanlığı və bütövlüyü uğrunda qəhrəmancasına döyüşmüş, canlarından keçmiş əsgər və

Xəbərlər

Populyar Xəbərlər

Lənkaran kilsəsinə yeni ikonalar təqdim edilib
05.08.2023
77
Yeparxiya xəbərləri

Lənkaran kilsəsinə yeni ikonalar təqdim edilib

Bakı şəhəri mqd.  Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilmiş axşam ibadətinin sonunda Bakı və Azərbaycan yeparxiyasının katibi Lənkəran şəhəri Məryəm Ananın Dua Örpəyi kilsəsinin baş keşişi protoiyerey Aleksandr ...

Budapeşt və Macarıstan mitropoliti İlarion mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib
04.08.2023
59
Yeparxiya xəbərləri

Budapeşt və Macarıstan mitropoliti İlarion mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib

Azərbaycanda şəxsi səfərdə olan Budapeşt və Macarıstan mitropoliti İlarion Bakı şəhərinin mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) ...

Bakı və Azərbaycan Yeparxiyasının katibi ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri arasında görüş keçirilib
11.09.2023
55
Yeparxiya xəbərləri

Bakı və Azərbaycan Yeparxiyasının katibi ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri arasında görüş keçirilib

Bakı və Azərbaycan Yeparxiyasının Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov) ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri S.V. Kazakov və Nikitin adına kolxozmun ...

Xəbərlər