Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

İvanovka kəndində Liturgiya və humanitar-maarifləndirici aksiya keçirilib

İvanovka kəndində Liturgiya və humanitar-maarifləndirici aksiya keçirilib

İsmayıllı rayonu İvanovka kəndinin pravoslav sakinləri üçün Bakı yeparxiyasının katibi arximandrit Aleksinin (Nikonorovun) başçılığı ilə İlahi Liturgiya keçirilib. Liturgiyada iştirak etmək üçün 40-a yaxın insan toplaşmışdır. İlahilər kafedral kilsəsinin Mixail Klimovun rəhbərlik etdiyi kvarteti tərəfindən ifa edildi. İbadət zamanı CBC telekanalının “Tolerantlığın çalarları” silsiləsindən növbəti verilişin çəkilişləri aparılıb.

Daha sonra kənd mədəniyyət evində İvanovkanın Heydər Əliyev adına məktəbinin uşaq və müəllimlərinin iştirakı ilə “Uşağı məktəbə hazırla” humanitar-maarifləndirici aksiya keçirildi. Məktəbin şagird və müəllimləri yeni tədris ilin başlanmasına həsr edilmiş konsert proqramı ilə çıxış etdilər. Aksiya çərçivəsində 25 birinci sinif şagirdi VTB-Azərbaycan Bankının dəstəyi ilə Rossotrudniçestvo Nümayəndəliyi (Bakıdakı Rus Evi) tərəfindən hazırlanmış məktəb ləvazimatları ilə dolu çantalar hədiyyə olaraq alıb.

Tədbir iştirakçılarını H. Əliyev adına İvanovka orta məktəbinin direktoru Əfqan Soltanov, Rossotrudniçestvo-nun Azərbaycan nümayəndəliyinin rəhbəri İrek Zinnurov və Bakı yeparxiyasının katibi Arximandrit Aleksiy salamlayıblar.



Xəbərlər


Bölmənin digər xəbərləri

Yeparxiyanın cəzaçəkmə müəssisələrində xidmət üzrə şöbəsinin rəhbəri məhkumlara baş çəkib
28.09.2023
3

Yeparxiyanın cəzaçəkmə müəssisələrində xidmət üzrə şöbəsinin rəhbəri məhkumlara baş çəkib

Yeparxiyanın cəzaçəkmə müəssisələrində xidmət üzrə şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev 4 saylı cəzaçəkmə müəssisəsində məhbuslara baş çəkib. Cəzaçəkmə müəssisəsinin ibadət otağında

Gəncədə Anım Gününə həsr olunmuş tədbirlər keçirilib
28.09.2023
3

Gəncədə Anım Gününə həsr olunmuş tədbirlər keçirilib

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis edilən Anım Günü qeyd edilir. Həmin gün ölkənin hər yerində doğma yurdunun ərazi

Dini xadimlər həlak olan əsgərlərin xatirəsini ehtiramla yad ediblər
27.09.2023
3

Dini xadimlər həlak olan əsgərlərin xatirəsini ehtiramla yad ediblər

Sentyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2020-ci il tarixli sərəncamı ilə doğma torpağın əmin-amanlığı və bütövlüyü uğrunda qəhrəmancasına döyüşmüş, canlarından keçmiş əsgər və

Xəbərlər

Populyar Xəbərlər

Lənkaran kilsəsinə yeni ikonalar təqdim edilib
05.08.2023
77
Yeparxiya xəbərləri

Lənkaran kilsəsinə yeni ikonalar təqdim edilib

Bakı şəhəri mqd.  Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilmiş axşam ibadətinin sonunda Bakı və Azərbaycan yeparxiyasının katibi Lənkəran şəhəri Məryəm Ananın Dua Örpəyi kilsəsinin baş keşişi protoiyerey Aleksandr ...

Budapeşt və Macarıstan mitropoliti İlarion mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib
04.08.2023
59
Yeparxiya xəbərləri

Budapeşt və Macarıstan mitropoliti İlarion mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib

Azərbaycanda şəxsi səfərdə olan Budapeşt və Macarıstan mitropoliti İlarion Bakı şəhərinin mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) ...

Bakı və Azərbaycan Yeparxiyasının katibi ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri arasında görüş keçirilib
11.09.2023
55
Yeparxiya xəbərləri

Bakı və Azərbaycan Yeparxiyasının katibi ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri arasında görüş keçirilib

Bakı və Azərbaycan Yeparxiyasının Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov) ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri S.V. Kazakov və Nikitin adına kolxozmun ...

Xəbərlər