Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Həlak olmuş dənizçilər üçün dualar edilib
Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi, protoiyerey Mefodiy Əfəndiyev 1857-ci il sentyabrın 14-də «Kuba» adlı gəminin qəzaya uğraması zamanı həlak olmuş dənizçilərin dəfn olunduğu yeri ziyarət edib. «Donanma kilsəsi» kimi tanınan Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi 4 zabit və 18 aşağı rütbəli dənizçilərin məzarı önünə gül dəstələri qoyub və Xəzər dənizində həlak olmuş dənizçilər üçün mərhumlar duası oxuyub.
"Kuba" gəmisi görkəmli hidroqraf və dənizçilik tarixçisi komandir leytenant N.A. İvaşintsovun sərəncamında olan ekspedisiya gəmisi idi. Ekspedisiyanın əsas vəzifəsi müfəssəl və dəqiq xəritə və naviqasiya istiqamətlərinin tərtib edilməsi məqsədilə Xəzər dənizinin hərtərəfli və dolğun təsviri idi.Sentyabrın 11-də gəmi Həştərxandan Bakı istiqamətində yola düşdü. Sentyabrın 14-də axşam saatlarında başlanan fırtına zamanı gəmi sualtı qayaları ilə toqquşub və Şuvəlan kəndi yaxınlığında batıb. Qəzanın baş verdiyi yerin yaxınlığındakı burunda kiçik və sadə bir abidə ucaldıldı. Həmin abidə 30 ildən sonra dəniz fənərləri və losiyalar üzrə direktorun köməkçisi, “Lotsman” hərbi gəminin komandiri, 2-ci dərəcəli kapitan P.Orlovun təşəbbüsü ilə yenisi ilə dəyişdirildi. Yeni abidənin tikintisi üçün vəsaitin toplanması Xəzər dənizinin dəniz fənərləri və losiyalar üzrə direktoru, Bakı limanının komandiri kontr-admiral knyaz Leonid Alekseyeviç Uxtomskinin razılığı ilə dənizçilər və onların ailələri arasında aparılmışdır. Məlumdur ki, obeliskin layihəsini təmənnasız olaraq memar V.Edel tərtib edib, abidənin tikintisində isə usta Serebryakov çalışıb.
90-cı illərin əvvəlində xeyli yararsız vəziyyətə düşmüş abidə 2005-ci ildə Böyük Vətən Müharibəsində Qələbə Gününün 60 illik yubileyinin qeyd olunması ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bərpa edildi.
Xəbər hazırlanarkən www.ourbaku.com saytında yerləşdirilən materialdan istifadə olunub
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri

Yeparxiyanın cəzaçəkmə müəssisələrində xidmət üzrə şöbəsinin rəhbəri məhkumlara baş çəkib
Yeparxiyanın cəzaçəkmə müəssisələrində xidmət üzrə şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev 4 saylı cəzaçəkmə müəssisəsində məhbuslara baş çəkib. Cəzaçəkmə müəssisəsinin ibadət otağında

Gəncədə Anım Gününə həsr olunmuş tədbirlər keçirilib
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis edilən Anım Günü qeyd edilir. Həmin gün ölkənin hər yerində doğma yurdunun ərazi

Dini xadimlər həlak olan əsgərlərin xatirəsini ehtiramla yad ediblər
Sentyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2020-ci il tarixli sərəncamı ilə doğma torpağın əmin-amanlığı və bütövlüyü uğrunda qəhrəmancasına döyüşmüş, canlarından keçmiş əsgər və
Populyar Xəbərlər

Lənkaran kilsəsinə yeni ikonalar təqdim edilib
Bakı şəhəri mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilmiş axşam ibadətinin sonunda Bakı və Azərbaycan yeparxiyasının katibi Lənkəran şəhəri Məryəm Ananın Dua Örpəyi kilsəsinin baş keşişi protoiyerey Aleksandr ...

Budapeşt və Macarıstan mitropoliti İlarion mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib
Azərbaycanda şəxsi səfərdə olan Budapeşt və Macarıstan mitropoliti İlarion Bakı şəhərinin mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) ...

Bakı və Azərbaycan Yeparxiyasının katibi ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri arasında görüş keçirilib
Bakı və Azərbaycan Yeparxiyasının Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov) ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri S.V. Kazakov və Nikitin adına kolxozmun ...