Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Patriarxı Kirill müqəddəsləri ilə “İman və Söz” festivalının iştirakçıları arasında görüş keçirilmişdir

Patriarxı Kirill müqəddəsləri ilə “İman və Söz” festivalının iştirakçıları arasında görüş keçirilmişdir

Oktyabrın 19-da Moskva və Bütün Rusiya Patriarxı Kirill müqəddəsləri ilə X Beynəlxalq “İman və Söz” pravoslav KİV-ləri festivalının iştirakçıları arasında görüş keçirilmişdir. Moskva şəhəri Xilaskar Məsih kafedral kilsəsinin Kilsə Məclisləri Zalında keçirilən toplantıda Rus Pravoslav Kilsəsinin Rusiya Federasiyasında və qonşu ölkələrdə yerləşən 200 yeparxiyasından 500-ə yaxın nümayəndə, həmçinin festivalın qonaqları — dünyəvi KİV və dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri iştirak edib.

Patriarx Kirill müqəddəsləri forum iştirakçılarına xeyir-dua verərək, bütün iştirakçılara ali yepiskop sözü ilə müraciət etdi, sonra isə nümayəndələrin çoxsaylı suallarını cavablandırdı.

Festivalın işində Bakı və Azərbaycan Yeparxiyasının ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev və Bakı Yeparxiya İdarəsinin dəftərxana rəhbəri Mixail Klimov iştirak ediblər.

Rus Pravoslav Kilsəsinin Başçısı ilə görüşdən sonra X Beynəlxalq “İman və Söz” festivalının bağlanış mərasimi keçirildi. Mərasim zamanı bir sıra qonaqlar və tədbir iştirakçıları ümumkilsə və Kilsənin cəmiyyət və KİV-ə əlaqələr üzrə Sinodal şöbəsinin mükafatları ilə təltif olundu. Bakı Yeparxiyasının ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev “Əmək və sözlə” fərqlənmə nişanı ilə təltif edildi.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Ali-Mələk Mikayıl xorunun regenti fəxri ada layiq görüldü
06.12.2023
14

Ali-Mələk Mikayıl xorunun regenti fəxri ada layiq görüldü

Birləşmiş Xor Hərəkatının komissiyasının qərarı ilə Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin regenti Kristina Əfəndiyevaya “Birləşmiş Xor Hərəkatının Əməkdar Xadimi” fəxri adı verilib. Birləşmiş Xor Hərəkatı həm Rusiyada, həm də digər

"Western Union"  məktəbinin şagirdləri Məryəm Ananım Mövludi kilsəsini ziyarət ediblər
06.12.2023
15

"Western Union" məktəbinin şagirdləri Məryəm Ananım Mövludi kilsəsini ziyarət ediblər

Qərb Universitetinin nəznində fəaliyyət göstərən "Wester union" məktəbinin şagirdləri müəllimlərin müşayiəti ilə Bakı şəhəri Müqəddəs Məryəm Ananın Mövludu kilsəsini ziyarət ediblər. Məktəblilərin səfəri

Bakı yeparxiyası arxiyepiskop Aleksandrın xatirəsini ehtiramla yad edib
06.12.2023
12

Bakı yeparxiyası arxiyepiskop Aleksandrın xatirəsini ehtiramla yad edib

6 dekabr müqəddəs mömin knyaz Aleksandr Nevskinin anım günüdür. Həmin gün bərpa olunmuş Bakı yeparxiyasının ilk arxiyereyi - arxiyepiskop Aleksandr (İşeyin) öz adqoyma gününü qeyd edirdi. Bakı

Xəbərlər

Populyar Xəbərlər

Lənkəran prixodu kilsəsinin taxt-tac bayramını qeyd edib
14.10.2023
105
Yeparxiya xəbərləri

Lənkəran prixodu kilsəsinin taxt-tac bayramını qeyd edib

Bakı yeparxiyasının ən cənub prixodunda kilsə taxt-tac bayramı keçirilib. Allahın Əqdəs Validəsinin Dua Örpəyinə həsr olunmuş kilsə  2019-cu ildə inşa edilmişdir və yeparxiyanın ən «gənc» kilsəsidir. ...

Bakı yeparxiyasının bir qrup ruhanisi “Tatarıstan” raket gəmisi ilə tanış olub
11.10.2023
90
Yeparxiya xəbərləri

Bakı yeparxiyasının bir qrup ruhanisi “Tatarıstan” raket gəmisi ilə tanış olub

Oktyabrın 10-da Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının iki gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı gəmi ...

Patriarxı Kirill müqəddəsləri ilə “İman və Söz” festivalının iştirakçıları arasında görüş keçirilmişdir
20.10.2023
81
Yeparxiya xəbərləri

Patriarxı Kirill müqəddəsləri ilə “İman və Söz” festivalının iştirakçıları arasında görüş keçirilmişdir

Oktyabrın 19-da Moskva və Bütün Rusiya Patriarxı Kirill müqəddəsləri ilə X Beynəlxalq “İman və Söz” pravoslav KİV-ləri festivalının iştirakçıları arasında görüş keçirilmişdir. Moskva şəhəri ...

Xəbərlər