Arxipastır

Pyatiqorsk və Çerkessk arxiyepiskopu Feofilakt (Kuryanov Denis Anatolyeviç) 27 avqust 1974-cü ildə Qroznı şəhərində qulluqçu ailəsində anadan olub. 1991-ci ildə elə orada orta məktəbi bitirib.

1992-ci ildə 5 il ərzində kilsə-kliros xidməti göstərdiyi Qroznı şəhər Mixail Arxangel kilsəsinin baş keşişi protoierey Pyotr Netsvetayevin tövsiyəsi ilə Stavropol ilahiyyat seminariyasına qəbul olunmuşdur.

5 aprel 1994-cü ildə Stavropol və Vladiqavqaz mitropoliti Gedeon tərəfindən rahibliyə qəbul olunmuş və ona Nikomidiya yepiskopu mübarək şəhid Feofilaktın şərəfinə Feofilakt adını vermişdir.

23 aprel 1994-cü ildə yepiskop Vereyski Yevgeni tərəfindən ona iyerodyakon, həmin il iyun ayının 5-də isə iyerorahib rütbəsi verilmişdir.

1996-cı ildə Stavropol ilahiyyat seminariyasını bitirmiş və Stavropol diyarı, Rızdvyanıy qəsəbəsində inşa edilən baş keşişi təyin olunmuşdur.

18 may 1998-ci ildə Blaqodarnenski dairəsinin pravoslav kilsələrinin keşişi və Blaqodarnı şəhəri Aleksandr Nevski kilsəsinin baş keşişi təyin olunmuşdur.

2000-ci ildə Qafqaz Xalqlar dostluğu institutuna (Stavropol ş.) daxil olmuş və oranı 2004-cü ildə “Psixologiya” ixtisası üzrə bitirmişdir.

2001-ci ildə iqumen rütbəsinə yüksəldilib və İzobilnenski dairəsinin keşişi və İzobilnı ş. Müqəddəs Nikol kilsəsinin baş keşişi təyin olunmuşdur. 2004-cü ildə həmin şəhərdə inşa edilməkdə olan Spaso-Preobrajenski kilsəsinin baş keşişi təyin olunmuşdur.

2002-ci il senyabr ayının 1-də Stavropol ilahiyyat seminariyasında liturgiya müəllimi təyin olunmuşdur.

İlahiyyat təhsilini davam etdirmək üçün 2003-cü ildə Moskva ilahiyyat akademiyasına qəbul olunmuş və 2007-ci ildə oranı bitirmişdir.

2004-cü ilin dekabr ayından etibarən Stavropol və Vladiqafqazın yepiskopunun katibi xidmətinə təyin olunub.

2006-cı il sentyabr ayının 24-də müqəddəs Siluan Afonskinin anım günündə Xilaskar Məsih Kilsəsində Müqəddəs Patriarx II Aleksiy arximandrit Feofilakta Maqnitoqorsk yepiskopu, Çelyabinsk yeparxiyasının vikarisi rütbəsinin verilməsinə rəhbərlik etmişdir.

11 avqust 2008-ci ildə Kurqan və Şadrin yepiskopu Mixailin vəfatından sonra Müqəddəs Patriarx Aleksiyin fərmanı ilə Kurqan yeparxiyasının müvəqqəti rəhbəri təyin edilmişdir.

6 oktyabr 2008-ci ildə Müqəddəs Sinodun qərarı ilə Bronnitski yepiskopu, Moskva yeparxiyasının vikarisi təyin olunmuş və ona Türkmənistan Respublikasında kilsələrin idarə edilməsi tapşırılmışdır.

Müqəddəs Sinodun 31 mart 2009-cu il tarixli qərarı ilə (jurnal №22) Türkmənistanda pravoslav kilsələrinə arxipastır idarəetməsi vəzifələri saxlanılmaqla, Smolensk və Vyazemsk yeparxiyalarının idarəedici arxiyereyi təyin olunmuşdur.

Müqəddəs Sinodun 22 mart 2011-ci il tarixli qərarı ilə (jurnal №13) Pyatiqorsk və Çerkessk kafedralarına təyin olunmuşdur.

Müqəddəs Sinodun 27 iyul 2011-ci il tarixli iclasında (jurnal №67) Türkmənistandakı prixodların müvəqqəti idarəçiliyinin davam etdirilməsi yepiskop Feofilakta tapşırılmışdır.

Müqəddəs Sinodun 15 mart 2012-ci il tarixli qərardadı ilə (jurnal №15) Uspenski Vtoro-Afonski Beştauqorski kişi monastırının baş keşişi (müqəddəs arximandriti) vəzifəsinə təsdiq edilmişdir.

1 fevral 2014-cü ildə Moskvada Xilaskar Məsihin Kilsəsində Müqəddəs Patriarx Kiril tərəfindən arxiyepiskop rütbəsinə qədər yüksəldilmişdir.

 

Populyar Xəbərlər

Lənkaran kilsəsinə yeni ikonalar təqdim edilib
05.08.2023
77
Yeparxiya xəbərləri

Lənkaran kilsəsinə yeni ikonalar təqdim edilib

Bakı şəhəri mqd.  Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilmiş axşam ibadətinin sonunda Bakı və Azərbaycan yeparxiyasının katibi Lənkəran şəhəri Məryəm Ananın Dua Örpəyi kilsəsinin baş keşişi protoiyerey Aleksandr ...

Budapeşt və Macarıstan mitropoliti İlarion mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib
04.08.2023
59
Yeparxiya xəbərləri

Budapeşt və Macarıstan mitropoliti İlarion mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib

Azərbaycanda şəxsi səfərdə olan Budapeşt və Macarıstan mitropoliti İlarion Bakı şəhərinin mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) ...

Bakı və Azərbaycan Yeparxiyasının katibi ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri arasında görüş keçirilib
11.09.2023
55
Yeparxiya xəbərləri

Bakı və Azərbaycan Yeparxiyasının katibi ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri arasında görüş keçirilib

Bakı və Azərbaycan Yeparxiyasının Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy (Nikonorov) ilə İvanovka kəndinin ruhani xristianlar - molokanlar icmasının baş presviteri S.V. Kazakov və Nikitin adına kolxozmun ...

Xəbərlər