Xəbərlər 2021

Müqəddəs Mürr-daşıyan Zənənlər baş kilsəsində ilk dəfə Azərbaycan dilində “Atamız” duası səslənib

Müqəddəs Mürr-daşıyan Zənənlər baş kilsəsində ilk dəfə Azərbaycan dilində “Atamız” duası səslənib

Bakı şəhərinin Müqəddəs Mürr-daşıyan Zənənlər kilsəsində keçirilmiş ilahi liturqiya və ibadəti Bakı və Azərbaycan Yeparxiyasının idarə başçısı vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskop Feofilakt və yeparxiya ruhanilər   başçılıq etdilər. İncili oxuduqdan sonra arxiyepiskop Feofilakt Həzrətləri dua edənlərə oxudulmuş İncil hissəsi mövzusunda moizə ilə müraciət etdi. Liturqiya ərzində arxiyerey xoru ilk dəfə "Ey Atamız" müqəddəs duasını azərbaycan dilində oxuyub. Azərbaycan melodiyalarının motivləri əsasında dua üçün musiqinin müallifi arxiyerey xoru reqenti, Azərbaycanın əməkdar artisti, Rusiya​nın "Sergey Radonejskiy” və "Daniil​ Moskovskiy”​  ordenlərinə sahibi, Vaqif Məstanovdır. 
İbadət başa çatdıqdan sonra, arxiyepiskop Feofilakt Həzrətləri kilsənin rahibi, arximandrit Aleksiy (Nikonorovu) və xor rəhbəri bu xeyirxah və faydalı təşəbbüs və görülmüş işə görə təşəkkür etdi. "Bu melodiyada həm ana laylası, həm ata nəsihəti, həm böyüklərin təşəkkürü, həm də uşaq sevincisi eşidilir", - Feofilakt Həzrətləri qeyd etdi.

 

 

Теги:
ibadətlər


Xəbərlər


Populyar Xəbərlər

Pravoslav gənclər şəhidlərin xatirəsini yad ediblər
01.11.2026
77
Yeparxiya xəbərləri

Pravoslav gənclər şəhidlərin xatirəsini yad ediblər

8 Noyabr – 44 günlük Vətən müharibəsində Qələbə Günü ərəfəsində Bakı Yeparxiyasının gənclər hərəkatının fəalları II Fəxri xiyabanda dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri ...

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
13.09.2026
56
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün — Pentikost günündən sonrakı 15-ci Rəbb günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral ...

Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib
14.09.2026
49
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib

Bakı və Azərbaycan yepiskopu Aleksiy görkəmli Azərbaycan mütəfəkkiri və alimi Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə (XV əsr) həsr olunmuş I Beynəlxalq elmi-praktik konfransın plenar iclasında iştirak edib. «İslam dünyasının mədəni ...

Xəbərlər