Bakı yeparxiyasının tarixi

Bakı və Xəzəryanı Yeparxiyası öz fəaliyyətinə 19 may 1905-ci ildə Vikar Bakı kafedrası təsis edilərkən başlayır. Yeparxiyanın tərkibinə Xəzər dənizinin qərb sahilində yerləşən prixodlar (pravoslav icmalar) daxil idi. İlk Bakı yepiskopu Tiflis Ruhani Seminariyasının rektoru Nikandr (Fenomenov) olmalı idi və bu barədə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu 19 may 1905-ci il tarixli müvafiq fərman vermişdi. Lakin həmin ilin 2 iyun ayında Kineşem yepiskopu olmaq üçün başqa bir fərman verildi. 10 iyul 1905-ci ildə arximandrit Nikandr Kostroma Yeparxiyasının Kineşem vikar yepiskopuna xirotoniya olundu.

1907-ci ilədək Bakı yepiskopların adları sənədlərdə göstərilmir.

9 May 1907-ci ildə arximandrit Qriqori (Vaxnin) Bakı yepiskopu hirotoniya olmuşdur. O, Osetiyayanın Ardon seminariyasından Tiflisə göndərilmiş və 1905-ci ildən Tiflisin Seminariyasının rektoru olmuşdur. Qriqori Həzrətlərinin xirotoniyası Aleksandr Nevski Lavranın soborunda keçirilib. Xirotoniya mərasimini Sankt-Peterburq Mitropoliti Antoniy və başqa arxiyereylər yerinə yetirilib.  31 dekabr 1910-cu ildən isə yepiskop Qriqori (Vahnin) Orlov və Sev kafedrasına keçirilmişdir.

Yepiskop Qriqoriy (Vaxnin)

Növbəti Bakı yepiskopu Tiflis ruhani Seminariyasının rektoru arximandrit Pimen (Peqov) oldu. 13 fevral 1911-ci ildə o Bakı yepiskopluğuna xirotonya olundu.

13 dekabr 1912-ci il tarixində Bakı yepiskopu, Gürcüstan ekzarxının vikari Qriqori (Yatskovski) təyin edilmişdir və Bakı kafedrasında yepiskop Qriqori 1917-ci ilə qədər qaldı. Sonradan onun adı ilə adlandırılan "Qriqorian" parçalanmasının təşəbbüskarı idi.

1917-ci ildə Rusiya imperiyasını oktyabr çevrilişinin fəlakəti bürümüşdü. Bu, kilsə həyatına, hətta uzaq Bakıya da təsirsiz qala bilməzdi. Hərci-mərcilik başladı. İlin sonuna kimi Bakı yepiskopu Qriqori (Yatskovski) faktiki olaraq Yeparxiyadan qaçmağa məcbur oldu.

13 avqust 1918-ci il tarixində Müqəddəs Sinodu Mitropolit Platona (Rojdestvenskiyə) Qafqaz Ekzarxı titulu verdi. O zaman Bakı yepiskopu 1918-1919-cu illərdə kafedrada olmuş Feofilakt (Klementyev) idi. Çətin vəziyyətə görə Qafqaz Ekzarxatı mövcud ola bilmədi və 1920-ci ildə ləğv edildi.

Mitropolit Platondan (Rojdestvenskidən) sonra Qafqaz Ekzarxı iman uğrunda öldürülmüş müqəddəs Kirilli (Smirnovu) təyin edilib. Onun 1918-ci ildə Bakıda olması barədə xüsusi danışmağa dəyərdi. Kirill Həzrətlərinin təyin edilməsi haqqında qərar 8 aprel 1918 tarixində keşişin özü də iştirak etdiyi kilsənin toplantısında elan edildi. Katib Müqəddəs Patriarxın və Müqəddəs Sinodun 19 mart (1 aprel) və 23 mart (5 aprel) 1918-ci il tarixli, 185, 210 saylı qərarlarından "Tambov və Şat arxiyepiskop Tiflis və Bakı Mitropoliti, Qafqaz ekzarxı"olmaq və ona xaçlarla ağ klobuk və mitranı daşımaq hüququnun verilməsi haqqında çıxarışları açıqlayıb." Bakıda mitropolit Kirill 1918-ci ilin Mayın 19-dan iyulun əvvəlinə qədər olmuşdu. Mitropolit Kirill Bakıya gəlişi barədə Patriarx Tixona yazır: "mayın 6-da saat 2-də Bakı yaxınlığındakı limana çatmışam. Burada Rusiyadan bir neçə ay xəbər yox idi, mənim buraya təyin olunmağım haqqında da heç nə bilmirdilər. Hər halda, məni dələduz hesab etmədilər, qəbul etdilər. Mən kafedral protoiereyi Yunitskini paroxoda çağırdım və arxiyereyin göstərişləri verdim – kilsədə axşam dualar üçün lazım olan hər şey hazırlamağı taprşırdım.

Baş kilsənin zəngləri  çalınanda gəmiyə yerli keşiş protoiyerey Rojdestvenski gəldi və mehribanlıqla Komissarlıq tərəfindən göndərimiş bir avtomobil ilə məni kilsəyə gətirdi. İbadətə gələnlərin sayı az idi, amma belə bir gözlənilməzlik üçün bəs edərdi. Görüşdə arxiyereyə münasib salam verildi və daha sonra arxiyerey müvafiq dini libasını geyindi və axşam ibadətinə başladı və bizə bu yerə sağ-salamat səyahət bəxş etdiyi üçün Rəbbinə dualar etdi". Bakıda olarkən, Kirill Həzrətləri kilsənin həyatını hər vəchlə qaydaya salmağa çalışıb və bu barədə Patriarxa məlumat verib: "Bakı indi ən ciddi diqqət tələb edir. Hər hansı bir icra aparatının olmaması, ən azı müvəqqəti təşkilat kimi, yeparxiya idarə edilməsi haqqında Müqəddəs Toplantıda qəbul olunmuş qərarın əsasında, belə bir aparat burada təşkil etmək niyyətindədir".  Kiril Bakıdan Tiflisə getməyə, orada yaranmış vəziyyəti öyrənmək və kilsə parçalanmasına yol verməmək üçün çalışırdı. O, Patriarx Tixonun gürcü arxiyereylərinə müraciətini özü ilə aparırdı. İyunun 20-də Patriarxa növbəti məktubunun yazıldığı vaxt Göyçay rayonunda Qafqaz Qırnmızı Ordusu ilə türklər arasında döyüşlər gedirdi. Göyçay rayonu Yelizavetpoldan Bakıyadək olan yolun ortasınsda yerləşir. Rus pravoslav mitropolitinin cəbhə xətti boyunca Tiflisə getməsi düz olümə getmək demək idi. Mitropolit məktubunda yazırdı: "Mən hələ də Tiflisə gedib çıxa bilməmişəm, amma buna cəhd eləyirəm. İndi hazır boxçalarla oturmuşam, amma getməyə imkan yoxdur: "Hakimiyyət" Həştərxana buxar gəmisini buraxmır... dua edin və Tiflisə səyahətimə xeyir-dua verin. Oraya çatsam, avqust ayında Yığıncağa gəlməyə çalışacağam". Tiflisə getmək üçün uğursuz cəhddən sonra Mitropolit Kirill Moskvaya qayıtdı və burada 1917-1918-ci illərin Rus Pravoslav Kilsəsinin Qurultayın üçüncü (və sonuncu) sessiyası bərpa olundu. Mitropolit Kirill Bakıya daha heç vaxt qayıtmayıb. Qabağa qaçaraq demək lazımdır ki, mitropolit Kirill (Smirnov) həyatını şəhid kimi başa vurub  – o, 1937-ci ildə güllələnib və Rusiya XX əsrin yeni şəhid və itirafçıları sırasında vəsf edilib.

1919-cu ildə Bakı vikariatlığı Xəzəryanı və Bakı yeparxiyasına çevrildi. Bakıya arxiyepiskop Pavel (Vilkovski) təyin edildi. O, 1923-cü ilə qədər Bakıda qaldı.

Həmin illərdə Bakı yepiskopları bütün Rus Pravoslav Kilsəsini bürümüş yenilənmiş parçalanmaya qarşı durmağa məcbur oldular.

Xüsusilə yenilikçilər Stavropolda güclü və dözülməz idilər, orada onlar pravoslavlar üzrə tam qələbə çaldılar və bütün dini icmaları (prixodları) ələ aldılar. Bu vəziyyətin səbəbindən biri 1918-1921-ci illərin Rusiyada gedən vətəndaş müharibəsi zamanı ruhanilərin demək olar ki tamamilə məhv edilməsi idi. 1921-1923-cü illərdə müqəddəs şəhid, keçmiş Stavropol yepiskopu Dmitriy (Dobrosedov) yeniləşdirmə parçalanmasına qarşı ciddi müqavimət göstərirdi. Lakin təfriqəçilərin hücumu altında, o, Moskvaya getməyə məcbur oldu. O, 1923-cü ilin iyun ayında Bakıya yepiskop təyin olundu. Amma o Bakıya gələ bilmədi, faktiki olaraq yeparxiyanı idarə etmədi və həmin ilin sentyabrın 26-da Tambov Yeparxiyasının vikariyası – Kozlov yepiskopu təyin edildi. Yenə irəli gedərək demək lazımdır ki, 21 Oktyabr 1937-ci ildə Mojaysk arxiyepiskopu Dmitriy (Dobrosedov) şəhidlik ölümünü qəbul etmiş və Butovo poliqonunda güllələnmişdir. Həmçinin, müqəddəs şəhid Kirill (Smirnov) kimi, arxiyepiskop Dmitriy (Dobrosedov) 2000-ci ildə keçirilən Yubiley Arxiyerey Qurultayı tərəfindən XX əsrin Rusiya Müqəddəs yeni şəhidlər və itirafçıların simasına sıralanılıb.

Arxiyepiskop Dmitriy (Dobrosedov)

1924-cü ilin əvvəlindən 1924-cü ilin avqust ayına qədər Bakı və Xəzəryanı yepiskopu Mitrofan (Oqiyenko) yepiskopu olmuşdur. Onun haqqında ətraflı məlumat yoxdur.

21 avqust 1924-cü ildə Xəzəryanı və Bakı yepiskopu xirotoniya olunmuş arximandrit Arseni (Sokolovski) Bakıda yenilikçilərlə mübarizə davam edirdi.

1925-ci ildə, yenilikçilər 3-cü Qurultaya hazırlıq görürdülər, çox çalışırdılar ki, pravoslavları cəlb etsinlər və bununla öz movqeyləni gücləndirmək üçün səy edirdilər, digər pravoslav iyerarxları kimi yepiskop Arseni onların barışıq cəhdlərini qətiyyətlə rədd edirdi.

Yenilikçilər tərəfindən göndərilmiş barışıq və Qurultayda iştirak haqqında məktubu yepiskop Arseni almadı, ancaq Yeniliçilər bu məktubu poçt vasitəsilə, sonra isə xüsusi kuryer xidmət vasitəsilə təqdim etməyə səylə çalışırdılar. Bu mövzuda şifahi söhbət zamanı Arseni bildirdi ki, o, mütləq qanuni kilsə hakimiyyəti tərəfindən göstəriş almasa heç bir barışıq barədə danışıq ola bilməz. Bundan sonra Zaqafqaziya Vilayət Kilsə İdarəsi özünün xüsusi söhbət üçün pravoslav dini icma (prixodların) şuralarının ən nüfuzlu üzvlərini dəvət etmək qərarına gəldilər ki, yepiskopsuz onların vasitəsilə öz planlarını həyata keçirsinlər.

Eyni məqsədlə, Yenilikçi ruhanilər və hər iki cərəyanın geniş ictimai görüşünü təşkil etmək istəyirdilər, qurultaya nümayəndələrin seçilməsi üçün köhnə istiqamətli kilsələrin xüsusi yeparxiya yığıncağını təşkil etdilər.

Bütün bu coşğun fəaliyyət "Patriarx Tixonun tərəfdarlarını –rəhbərliyinin müqavimətini qırmaq" üçün yepiskop Arseni ətrafında cəryan edirdi, lakin yenilikçilərin bütün səyləri baş tutmadı, onlar bunu etiraf etmək məcburiyyətində qaldılar.

Yepiskop özü də çox yoxsul və tam mənada təmənnasız idi. Arseni Xəzrətləri çox sadə və yoxsul yaşayırdı, demək olar ki qazmada qalırdı. Xəstə olmuş, ayaqları daim ağrıyırdı və buna baxmayaraq, həmişə kilsəyə piyada və tək gedirdi. Məbəd istisna olmaqla, yepiskop heç bir yerə getmirdi. Camaatdan gələn ianələri qəbul etmirdi. Vergiləri ödəmək üçün hətta panagiyanı(xüsusi dini əşya) verdi. O çox sadə qidalanırdı, amma ziyarətçilərə qarşı çox xoş idi və heç vaxt heç kimi çaysız buraxmırdı. Hətta kiçik ruhani heyyəti ilə təntənə ilə ibadəd edirdi. Apostol oxumaqdan əvvəl çağırışı yunan dilində edirdi. Tez-tez nəsihət veriridi. Onun hədisləri həmişə qısa, amma məzmunlu və gözəl idi. O dünyəvi, ədəbi dildə söyləyirdi. O sadəliyi ilə əsl aristokrat idi. Bu hər şeydə özünü göstərirdi: hərəkətlərdə, nitqdə, insanlarla rəftarda, incə nəzakətdə. Söhbətdə zarafatlar etməyə və məzəli sözlər deməyə yol verirdi. Onunla söhbət etmək çox asan idi. O hərtərəfli təhsilli adam idi və hətta kilsəyə aid olmayan insanlar tərəfindən tanınmışdı, böyük zəka sahibi idi. Onun iradəsinin gücü böyük idi. O cəsarətli adam idi və ikiüzlülük etmək xoşlamırdı. Həqiqəti bütün xalq qarşısında deyirdi. Uşaqları çox sevirdi. Yepiskop Arseni Bakı kafedrasında 1928-ci ilə qədər qaldı.

23 noyabr 1928-ci ildə Bakı şəhərinə yepiskop Serafim (Protopopov) təyin edilmişdir. O həmçinin yenilikçilərin parçalanma hərəkətinə qarşı barışmaz döyüşçü idi. «Yenilikçilərin və digər təfriqatçıların bütün düşmüşlərin pravoslavlığa qoşulma mərasimi» və «Yenilikçilərdə olmuş kilsələrin müqəddəs saymağı mərasimi» adlı əsərlər yepiskop Serafim tərəfindən yazılıb. 1930-cu ildə Serafim Həzrətləri Rıbinsk yepiskopu təyin edilib. Bu pravoslav iman itirafçı şəhid kimi vəfat edib və 1937-ci il avqustun 8-də Lipetsk şəhərində güllələndi.

Yepiskop Serafim (Protopopov)

Aprelin 3-dən oktyabrın 24-dək Bakıya arxiyerey Nikon (Purlevski) təyin edilib. Qapalılıq onun xasiyyətinin fərqləndirici xüsusiyyəti idi. Bu xüsusiyyət tələbə illərindən inkişaf etməyə başladı və arxipastırlıq günlərində tamamlandı. Arxiyerey Nikon da 1937-ci ildə güllələndi.

29 oktyabr 1930-cu ildə Bakıya yepiskop Valerian (Rudiç) təyin edilmişdir, lakin o, təyinat yerinə çata bilmədi və 1931-ci ildə Vologda yeparxiyasının vikariy, Kirillovsk yepiskopu, təyin edilmişdi. Yepiskop Valerian XX əsrin 30-cu illərində bir çox pravoslav ruhanilərinin eyni kədərli taleyi yaşadı – o da 1938-ci ildə Arxangelsk vilayətində güllələndi. İndi Ukrayna Pravoslav Kilsəsinin Xmelnitski Yeparxiyası tərəfindən Rusiya XX əsrin Müqəddəs Yeni Şəhidləri və etirafçılar sırasında yepiskop Valerian (Rudiç) şöhrətləndirilmə üçün təqdis materialları toplamışdır.

1931-ci ildə Bakı-Xəzəryanı kafedrasına yepiskop Mitrofan (Polikarpov) təyin edilmişdir. Bakıda yepiskop Mitrofan Patriarx Tixonun tərəfdarları olan icmaya başçılıq edib. Bu icma Bakıda pravoslav dininin dayağı idi və yenilikçilərin və Tanrı ilə döyüşənlərin hücumlarına qarşı mərdliklə çıxırdı. Müasirlərin xatirələrinə görə, yepiskop Mitrofan kiçik boyulu, gözəl bir vaiz idi, möminlərə böyük ehtiram bəsləyirdi, bu isə yenilikçilərin nifrətinə və qəzəbinə səbəb olurdu. Çox nadir hallarda yepiskop Mitrofan xidmət edirdi, lakin tez-tez insanların günhlarını tövbə etməsini qəbul edirdi.  Möminlərlə Əhli Kitabının mövzülarında söhbətlər aparırdı, Müqəddəs Kitab nümunələrdə camaatı səbir və cəsarətə çağırırdı. İmperator I Pyotrun xatirəsinə xoş söz söylədiyinə və onun cənazə duası zamanı xatırlanmasına görə əksinqilabi fəaliyyətində ittiham edilmiş və 1933-cü il yanvarın 29-da həbs edilmişdir. Mayın 7-də yepiskop Mitrofan 3 il həbs cəzasına məhkum edildi. Lakin 23 yanvar 1934-cü ildə azadlıqdan məhrumetmə yerlətinin boşadılması komissiyasının qərarı ilə əlaqədar iki gün müddətində Azərbaycandan kənara çıxmaq şərti ilə həbsdən azad edilib. Azad edildikdən sonra yepiskop Mitrofanın tam olaraq harada olduğu bilinmir. 16 dekabr 1934-cü ildə yepiskop vəfat etmiş və Bakı qəbristanlığında Çəmbərəkənddə dəfn olunmuşdur. Məzar daşının yazısı deyir: «Burada Bakı və Xəzəryanı yepiskopu Mitrofanın külləri (əsl adı Polikarpov Nikolay İvanoviç) yatır. 1871-ci ildə anadan olmuş, 3/16 dekabr 1934-cü ildə vəfat edib». Yepiskop Mitrofan özünün yazdığı vəsiyyətnamədə xahiş etmişdir ki, onun Bakı kafedrası üzrə gələcək varisi dini təqiblərinin dayandırılmasından sonra onun qalıqlarını Bakı şəhər Kafedral Kilsəsində yenidən dəfn etsin. İndi yepiskop Mitrofanın qalıqları (sümükləri) Bakı ş. Müqəddəs Mürr-daşıyan Zənənlər adına Kafedral kilsəsinin sərdabada dəfn edilib.

Yepiskop Mitrofan (Polikarpov)

Fevralın 16-dan 11 avqust 1933-cü ilədək Bakı Yeparxiyasının müvəqqəti idarə edən yepiskop Aleksandr (Rayevski) olmuşdur. Lakin o Bakıda olmayıb və faktiki olaraq Yeparxiyanın idarə edilməsini həyata keçirməyib. Ondan sonra Bakı kafedrasının rəhbəri olmadı. Dəhşətli 30-cu illərdə Bakıda, demək olar ki, bütün pravoslav məbədləri dağıdılmışdı, qalanlar isə bağlanmışdı. Sonuncu olaraq, Mixayil Arxangel kilsəsi 1936-ci ildə bağlandı. Təxminən 10 il ərzində kilsə həyatı kəsilmiş idi. 1944-cü ildən Azərbaycan Respublikasının ərazisində Rus Pravoslav Kilsəsinin Stavropol və Bakı Yeparxiyasının tərkibinə daxil olan pravoslav kilsələri yenidən dirçəlməyə başladı.

Azərbaycan Respublikasının milli müstəqilliyi və suverenliyi bərpa edildikdən sonra dini həyatın nizamlanması zərurəti yaranmışdır. Bununla əlaqədar 28 dekabr 1998-ci il tarixdə Moskva və bütün Rusiyanın müqəddəs patriarx II Aleksi və Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu qərarı ilə, habelə Azərbaycan Prezidenti Heydər Əliyevin dəstəyi ilə Rus Pravoslav Kilsəsinin 128-ci yeparxiyasına çevrilmiş Bakı-Xəzəryanı Yeparxiyası bərpa edilmişdir. Bakı və Xəzəryanı ölkələrin yepiskopu o dövrdə Qafqazda və o cümlədən Azərbaycanda 20 ildən çox xidmət etmiş Azərbaycanın pravoslav dini icmaların (prixodların) keşişi arximandrit Aleksandr (İşeyinə) olmaq müəyyən edilmişdi. Dirçəldilmiş Yeparxiyanın tərkibində Azərbaycan Respublikası və Dağıstan Respublikası ərazilərində olan pravoslav dini icmaları (prixodları) daxil edilmişdir.

Müqəddəs Sinodun qərarı ilə 22 mart 2011-ci il Dağıstan ərazisində olan dini icmaları (prixodları), əvəllər Bakı yeparxiyasında daxil alınaraq, Vladiqafqaz və Mahaçqala yeparxiyasına aid edilmişdir.

Populyar Xəbərlər

14 oktyabr - Allahın Əqdəs Validəsinin Dua Örpəyi bayramı günüdür
14.10.2024
64
Yeparxiya xəbərləri

14 oktyabr - Allahın Əqdəs Validəsinin Dua Örpəyi bayramı günüdür

Oktyabrın 14-də Kilsə Allahın Əqdəs Validəsi Xanımımız Əzəli Bakirə Məryəmin Dua Örpəyi bauramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində ...

Stavropoldan olan zəvvarlar Bakı kilsələrini ziyarət ediblər
08.10.2024
64
Yeparxiya xəbərləri

Stavropoldan olan zəvvarlar Bakı kilsələrini ziyarət ediblər

Ölkənin xristian ziyarətgahları ilə tanış olmaq üçün Azərbaycana gələn stavropollu zəvvarlar Bakı şəhərinin kilsələrində olublar.  Stavropollular Azərbaycan paytaxtının pravoslav kilsələri ilə tanışlığa Müqəddəs ...

Stavropol zəvvarları Azərbaycanın xristian ziyarətgahları ilə tanış olublar
10.10.2024
60
Yeparxiya xəbərləri

Stavropol zəvvarları Azərbaycanın xristian ziyarətgahları ilə tanış olublar

Oktyabrın 6-dan 10-dək Stavropol yeparxiyasının zəvvarlar qrupu Azərbaycanda səfərdə olub. Zəvvarlar Azərbaycan paytaxtının pravoslav kilsələrində - Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində, Allahın Əqdəs Validəsinin ...

Xəbərlər