Xəbərlər 2023

Kəlküttəli Tereza Ana sığınacağında Pasxa aksiyası

Kəlküttəli Tereza Ana sığınacağında Pasxa aksiyası

Yeparxiyanın xeyriyyəçilik və sosial xidmətlər üzrə şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev, Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin ruhanisi Andrey Bezotosnıy ilə birlikdə Kəlküttəli Tereza Ananın Şəfqət Bacıları sığınacağını ziyarət ediblər və orada bayram ibadəti keçiriblər. İbadətdən sonra sığınacağın pravoslav sakinləri Tövbə və Yevxaristiya Sirrlərini qəbul etdilər. Mefodiy ata sığınacaq sakinlərini ürəkdən salamlayıb, Müqəddəs Pasxa Bayramı ilə təbrik etdi. Daha sonra sığınacağın bütün sakinlərinə və onların qayğısını çəkən rahibələrə Ali-Mələk Mikayıl kilsəsinin çörəkçiləri tərəfindən hazırlanmış kuliçlər, təqdis olunmuş pasxa yumurtaları və "Pravoslavnıy Vestnik" yeparxiya qəzetinin bayram buraxılışı verildi.

Şəkil Albomu

Теги:
xeyriyyəçilik və sosial xidmət üzrə şöbəsi


Xəbərlər


Populyar Xəbərlər

Cəlilabad şəhərində xeyriyyə aksiyası keçirib
06.09.2026
58
Yeparxiya xəbərləri

Cəlilabad şəhərində xeyriyyə aksiyası keçirib

Yeni tədris ili ərəfəsində xeyriyyəçilərin dəstəyi ilə Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin icması və «Güvən Xeyriyyə» İctimai Birliyi birgə «Salam, məktəb!» adlı xeyriyyə aksiyası keçiriblər. Xeyriyyə ...

Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski vəfat edib
09.09.2026
57
Yeparxiya xəbərləri

Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski vəfat edib

9 sentyabr 2026-cı ildə uzun sürən xəstəlikdən sonra, ömrünün 78-ci ilində Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski vəfat edib. Aleksandr Yakovleviç Şarovski görkəmli teatr xadimi, rejissor, ...

Gəncəyə arxıpastır səfəri
12.09.2026
54
Yeparxiya xəbərləri

Gəncəyə arxıpastır səfəri

Bakı və Azərbaycan yepiskopu Aleksiy Gəncə şəhərinə arxipastır səfəri edib. Səfər Müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsinin taxt-tac bayramı münasibətilə baş tutub. Sentyabrın 12-də, müqəddəsin anım ...

Xəbərlər