Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakı yeparhiyasının ruhanisi protoiyerey Sergiy Ferştandt vəfat edib
Martın 14-də, ömrünün 64-cü ilində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin ruhanisi, protoiyerey Sergiy Ferştandt Allahın hüzuruna çəkildi.
Protoiyerey Sergiy Ferştandt 3 noyabr 1961-ci ildə Bakıda anadan olub. 1984-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra qaz-neftçıxarma şöbəsində işləyib, 1988-ci ildən isə 79 saylı peşə məktəbində dərs deyib.
1992-ci ildə Sergiy Ferştandt Stavropol və Bakı mitropoliti Gedeon tərəfindən dyakon təyin edildi. Həmin ildə də keşişlik rütbəsini aldı. 1993-cü ildən 1996-cı ilə qədər ata Sergiy Bakı yeparxiyasının gələcək kafedral kilsəsi olacaq,o zaman isə bərpa olunan mqd. Mürr-Daşıyan Zənənlər kilsəsinin baş keşişi vəzifəsində çalışıb. Bir neçə il ərzində o, kafedral kilsəsinin açardaşıyanı kimi xidmət edib. 2007-ci ildə keşiş Sergiy Ferştandt protoiyerey rütbəsinə layiq görülüb. Ömrünün son iki ilində ata Sergiy Bakının Ali-Mələk Mikayıl kilsəsində xidmət edirdi.
Protoiyerey Serginin vəfatı ilə əlaqədar Bakı Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt başsağlığı göndərib. Başsağlığında deyilir:
“Protoiyerey Sergiy Ferştandtın vəfatı xəbərini kədərlə qarşıladım. Mərhumun ailəsinə, ruhani övladlarına, eləcə də onu yaxından tanıyan hər kəsə dərin hüznlə başsağlığı verirəm.
30 ildən artıqdır ki, ata Sergiy, ruhanilər və imanlılar arasında dəyişməz hörmət və sevgi qazanaraq, Məsihin tarlasında çalışıb.
Qoy mərhəmətli Rəbb Öz bəndəsinin hər bir könüllü və qeyri-iradi günahını bağışlayaraq Öz Ata qucağına qəbul etsin və onu nə kədərin, nə də ah-nalənin olmadığı, yalnız Sonsuz Həyat olan səmavi məskənlərə yerləşdirsin. Düynasını yeni dəyişmiş protoiyerey Sergiyə əbədi xatirə olsun."
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
17.09.2026
2Bakıda «Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər» mövzusunda konfrans keçirilib
Bakı və Azərbaycan yepiskopu Aleksiy «Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər» mövzusunda keçirilən konfransda iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
14.09.2026
4Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib
Bakı və Azərbaycan yepiskopu Aleksiy görkəmli Azərbaycan mütəfəkkiri və alimi Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə (XV əsr) həsr olunmuş I Beynəlxalq elmi-praktik konfransın plenar iclasında iştirak edib. «İslam dünyasının mədəni
13.09.2026
10Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün — Pentikost günündən sonrakı 15-ci Rəbb günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi
Populyar Xəbərlər
23.08.2026
52Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
46Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...
22.08.2026
43Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...