Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakı Yeparxiyası Pravoslav Kitabı Gününü Azərbaycan dilində Dua kitabının təqdimatı ilə qeyd edib
Haqq-İqrar İmanın (Pravoslavlığın) Zəfəri Bayramında Bakı Yeparxiyasının Dini-Mədəni Mərkəzində Pravoslav Kitabı Gününə həsr olunmuş tədbir: Azərbaycan və rus dillərində ikidilli dua kitabının təqdimatı keçirilib.
Unikal layihə Yeparxiya Şurasının təşəbbüsü ilə Bakı Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktın xeyir-duası ilə başlanmışdır.
İki il ərzində Yeparxiyada pravoslav dua mətnlərinin Azərbaycan dilinə tərcüməsi işləri aparılmışdır. Arximandrit Aleksinin (Nikonorovun) başçılıq etdiyi, ruhanilər və imanlılardan ibarət işçi qrupu dua kitabının ərsiyə gəlməsi üzərində işləyib. Əsas tərcümə işlərini Əli (Luka) Aslanlı və Toral (Pavel) Ağayev aparıblar.
Topluya səhər və axşam duaları, Müqəddəs Yevxaritiya (Şəriklik) öncəsi duaları, Şəriklikdən sonra şükranlıq duaları, İlahi Liturgiya ayini, Rəbb günlərinin (bazar günləri), əsas və böyük bayramların troparları və kondakları və digər dualar daxil edilib. Dua kitabına ilk dəfə olaraq Azərbaycan müqəddəslərinə: Qafqaz Albaniyasının maarifçisi müqəddəs Elişaya və Albaniyanın ilk yepiskopu müqəddəs şəhid Qriqorisə dualar daxil edilib. Nəşr teoloji və çətin terminlərin geniş izahlı lüğəti ilə təchiz olunub və Bakı kafedral kilsəsinə aid əsas bayramlar ikonalarının təsvirləri ilə bəzədilib.
Arximandrit Aleksiy (Nikonorov) dua kitabının təqdimatı tədbirində iştirak edənlərə salamlama nitqi ilə müraciət etdi. Daha sonra tərcümə qrupunun üzvləri tərcümə üzərində aparılan işlərdən, yaranan çətinliklərdən və onların aradan qaldırılması yollarından danışıblar. Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin xoru ifasında liturgik ilahilər Azərbaycan dilində səsləndi. Tədbirin sonunda iştirakçılara dua kitabının bir nüsxəsi hədiyyə edildi.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri

Xaçmaza arxipastır səfəri
Bakı və Azərbaycan yepiskopu Aleksiy Azərbaycanın şimal bölgəsinə arxipastır səfəri edib. Pentikost bayramından sonra 5-ci Rəbb günündə yepiskop həzrətləri Xaçmaz şəhəri Müqəddəs Ecazkar Nikolay kilsəsində İlahi

İyulun 12-də müqəddəs ali-həvarilər Peter və Paulun yad günüdür
İyulun 12-də Kilsə müqəddəs ali-həvarilər Peter və Paulun xatirəsini yad edir. Bakıda şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən bayram ibadətlərinə Bakı və Azərbaycan yepiskopu Aleksy başçılıq

7 iyul - Vəftizçi Yəhyanın Mövludu
İyulun 7-də Kilsə Vəftizçi Yəhyanın Mövludunu qeyd edir. Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən bayram ibadətinə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Yepiskop
Populyar Xəbərlər

Bakıda “Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Xristianlıq Azərbaycanda qədim tarixə malikdir. İndiki Azərbaycan ...

Yepiskop Aleksiy və mitropolit Kirill yeparxiyalararası əməkdaşlıq məsələlərini müzakirə ediblər
Stavropol Yeparxiya İdarəsində Stavropol və Nevinnomıssk mitropoliti Kirill və Stavropolda rəsmi səfərdə olan Bakı və Azərbaycan yepiskopu Aleksiy arasında görüş keçirilib. Arxipastırlar bir-birini salamlayıb və yeparxiyalararası ...

Arxiyerey kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pasxa dövrünün 6-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda kilsəətrafı dini ...