Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Şuşada dini liderlərin görüşü keçirilib
Mayın 1-3-də Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Forum çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda dini liderlərin görüşü keçirilib. Tədbir Azərbaycan Respublikası hökuməti, Qafqaz Müsəlmanları İdarəsi, BMT-nin Sivilizasiyalar Alyansı və İSESCO tərəfindən təşkil olunub. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, BMT-nin Sivilizasiyalar Alyansı üzrə baş katibinin nümayəndəsi Migel Anxel Moratinos, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və dünyanın bir çox ölkələrindən dini liderlər iştirak ediblər. Görüşün yekunu olaraq Dini Liderlərin Şuşa Bəyannaməsi qəbul edilib. Bakı Yeparxiyasını tədbirdə Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov təmsil edib.
Həmin gün forum iştirakçıları Şuşa şəhərinin görməli yerlərində olmuş, Qarabağ iqtisadi rayonunda aparılan genişmiqyaslı tikinti və təmir-bərpa işləri ilə tanış olmuş, Xankəndi, Xocalı və Ağdam şəhərlərinə səfər etmişlər.
Xəbərlər
![Şuşada dini liderlərin görüşü keçirilib](/www/news/2024/5/310332269_b.jpg)

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
![](/www/pics/calendar.png)
![](/www/pics/glaz.png)
Yepiskop Aleksiy Gəncəyə işgüzar səfər edib
Bakı və Azərbaycan yepiskopu Aleksinin Gəncəyə işgüzar səfəri baş tutub. Səfər zamanı yepiskop Aleksiy Müqəddəs Mömin Böyük Knyaz Aleksandr Nevskiy kilsəsini ziyarət edib, burada Azərbaycan Respublikasının Prezidenti İlham
![](/www/pics/calendar.png)
![](/www/pics/glaz.png)
Yepiskop Aleksiy ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri arasında görüş keçirilib
Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov arasında görüş keçirilib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
![](/www/pics/calendar.png)
![](/www/pics/glaz.png)
Yeparxiya şöbəsinin rəhbəri rəsmi qəbulda iştirak edib
İyulun 22-də Misirin Azərbaycan Respublikasındakı səfirliyi Misirin milli bayramına - İyul inqilabının 72-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil etmişdir. Qonaqları Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və
Populyar Xəbərlər
![](/www/pics/calendar.png)
![](/www/pics/glaz.png)
Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə arasında görüş keçirilib
Qafqaz Müsəlmanları Başçısının iqamətgahında şeyxülislam Allahşükür Paşazadə ilə Bakı və Azərbaycan yepiskopu Aleksiy arasında görüş keçirilib. Qonağı salamlayan Şeyxülislam Azərbaycanın ənənəvi dini ...
![](/www/pics/calendar.png)
![](/www/pics/glaz.png)
22 iyun - Əqdəs Üçlük ərəfəsi Valideynlər Şənbəsidir
Həmin gün bütün mərhum pravoslav xristianların xatirəsi anılır. Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya və mərhumlar üçün litiya duasını keçirib. ...
![](/www/pics/calendar.png)
![](/www/pics/glaz.png)
Yepiskop Aleksiy ilə Süryani Kilsəsinin arxiyepiskopu Yulius Hanna Aydın arasında görüş keçirilib
Almaniyada Süryani Pravoslav Kilsəsinin arxiyepiskop Yulius Hanna Aydının rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Kafedralda qonaqları Bakı və Azərbaycan ...