Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Yeni Bakı və Azərbaycan yepiskopu seçildi

Yeni Bakı və Azərbaycan yepiskopu seçildi

Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun 30 may 2024-cü il tarixli iclasında Bakı və Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib.

49 saylı JURNAL

Bakı Yeparxiyasının (Azərbaycan Respublikası) vakant kafedrasına təyinat haqqında MÜZAKİRƏ EDİLDİ və QƏRARA ALINDI:

1. Stavropol Yeparxiyasının din xadimi iqumen Aleksiy (Smirnov) Bakı və Azərbaycan Yeparxiyasının Yepiskopu seçilsin.

2. İqumen Aleksinin (Smirnovun) arximandrit rütbəsinə yüksəldilməsindən sonra yepiskop adlandırılması və təqdis olunması yeri Moskva və Bütün Rusiya Patriarxı Kirilin ixtiyarına verilsin.

İqumen Aleksiy (Smirnov) 10 aprel 1975-ci ildə Stavropolda anadan olub. 1995-ci ildə Stavropol Seminariyasını, 1999-cu ildə Sankt-Peterburq Ruhani Akademiyasını bitirmişdir. 12 iyul 1999-cu ildə Stavropol və Vladiqafqaz mitropoliti Gedeon onu diakon rütbəsinə, 1 avqust 1999-cu ildə isə keşiş rütbəsinə təyin edib. 24 avqust 1999-cu ildə o, rahib andı içərək, Aleksiy adını qəbul etdi. 2009-cu ildə Stavropol Dövlət Universitetini tarix müəllimi ixtisası üzrə bitirib. 2017-ci ildə Şimali Qafqaz Federal Universitetinin İlahiyyat fakültəsinin magistraturasını bitirib.

Bu günə qədər iqumen Aleksiy (Smirnov) həm də Stavropol yeparxiyasının təhsil və katexizasiya şöbəsinin rəhbəri, Yeparxiya Şurasının katibi, Stavropol şəhəri Müqəddəs Andrey yepiskop məkanının açardaşıyanı, Şimali Qafqaz Federal Universitetinin politologiya və ilahiyyat kafedrasının dosenti, Qafqaz xalqlarının Dostluğu İnstitutunun elm və ilahiyyat kafedrasının dosenti kimi fəaliyyət göstərir. Bir sıra elmi əsərlərin müəllifidir.



Xəbərlər


Bölmənin digər xəbərləri

Yepiskop Aleksiy bazar günü məktəblərin müəllimləri ilə görüş keçirib
07.09.2024
5

Yepiskop Aleksiy bazar günü məktəblərin müəllimləri ilə görüş keçirib

Yeni dərs ilinin başlanması ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı kilsələrinin bazar günü məktəblərinin müəllimləri ilə işgüzar görüş keçirib. İclasda bazar günü məktəblərinin işinin

7 sentyabr - Həvari Bartalmayın mübarək qalıqlarının gətirilməsi bayramı
07.09.2024
6

7 sentyabr - Həvari Bartalmayın mübarək qalıqlarının gətirilməsi bayramı

Sentyabrın 7-də Kilsə Həvari Bartalmayın mübarək qalıqlarının gətirilməsini qeyd edir. Bu, Azərbaycanda yaşayan pravoslav xristianlar üçün xüsusi gündür. Müqəddəs Həvari Bartalmay qədim zamanlardan Cənubi

Yepiskop Aleksiy Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru ilə görüşüb
04.09.2024
12

Yepiskop Aleksiy Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru ilə görüşüb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Mərkəzin icraçı direktoru Rəvan Həsənov arasında görüş keçirilib. Qonağı salamlayan R.Həsənov Mərkəzin dövlət və beynəlxalq səviyyədə

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Alban-Udi xristian icmasının sədri ilə görüşüb
16.07.2024
181
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Alban-Udi xristian icmasının sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy və Azərbaycanın Alban-Udi xristian icmasının sədri Robert Mobili arasında görüş keçirilib. Görüşdə R.Mobili yepiskop Aleksiyə qədim ...

Yepiskop Aleksiy Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin ilə görüşüb
16.07.2024
136
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Azərbaycanın Rus İcmasının sədri M. Y. Zabelin arasında görüş keçirilib. Söhbət zamanı M.Y. Zabelin icmanın yaranması və fəaliyyəti, ...

Yepiskop Aleksiy Gəncəyə işgüzar səfər edib
26.07.2024
128
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Gəncəyə işgüzar səfər edib

Bakı və Azərbaycan yepiskopu Aleksinin Gəncəyə işgüzar səfəri baş tutub. Səfər zamanı yepiskop Aleksiy Müqəddəs Mömin Böyük Knyaz Aleksandr Nevskiy kilsəsini ziyarət edib, burada Azərbaycan Respublikasının Prezidenti İlham ...

Xəbərlər