Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Yepiskop Aleksiy Xaçmaz şəhəri Müqəddəs Ecazkar Nikolay kilsəsində İlahi Liturgiya keçirib

Yepiskop Aleksiy  Xaçmaz şəhəri Müqəddəs Ecazkar  Nikolay kilsəsində İlahi Liturgiya keçirib

Bakı və Azərbaycan yepiskopu Aleksiy Xaçmaz şəhərinə arxpastır səfəri edib. Bu, arxiyepiskop Aleksandrın (İşeinin) vəfatından sonra son 4 ildə Azərbaycanın şimal bölgəsinə edilən ilk arxiyerey səfəridir. Yepiskop Aleksiy Xaçmaz şəhəri Müqəddəs Ecazkar Nikolay kilsəsində İlahi Liturgiyaya başçılıq edib. Arxiyereyi Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov, iqumen Kirill (Nikitin) və Müqəddəs Nikolay prixodunun baş keşişi iyeromonax Georgiy (Budaqov) müşayiət ediblər. İbadət ilahiləri Nelli İsrafilovanın rəhbərliyi altında Bakı kafedral kilsəsinin xoru tərəfindən ifa edilib. Liturgiya zamanı Xaçmaz sakinləri və Bakıdan gələn zəvvarlar dua ediblər. Liturgiyanın sonunda yepiskop Aleksiy toplaşanlara Allaha Onun verdiyi bütün nemətlərə görə şükür etməyin vacibliyi haqqında nəsihətlə müraciət etdi. 
İbadətdən sonra yepiskop Aleksiy Xaçmaz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev və Qafqaz Müsəlmanları İdarəsinin Xaçmaz rayon qazısı Yaşar Rzayevlə görüşüb.



Xəbərlər


Bölmənin digər xəbərləri

Xaçmaza arxipastır səfəri
13.07.2025
12

Xaçmaza arxipastır səfəri

Bakı və Azərbaycan yepiskopu Aleksiy Azərbaycanın şimal bölgəsinə arxipastır səfəri edib. Pentikost bayramından sonra 5-ci Rəbb günündə yepiskop həzrətləri Xaçmaz şəhəri Müqəddəs Ecazkar Nikolay kilsəsində İlahi

İyulun 12-də müqəddəs ali-həvarilər Peter və Paulun yad günüdür
12.07.2025
15

İyulun 12-də müqəddəs ali-həvarilər Peter və Paulun yad günüdür

İyulun 12-də Kilsə müqəddəs ali-həvarilər Peter və Paulun xatirəsini yad edir. Bakıda şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən bayram ibadətlərinə Bakı və Azərbaycan yepiskopu Aleksy başçılıq

7 iyul - Vəftizçi Yəhyanın Mövludu
07.07.2025
14

7 iyul - Vəftizçi Yəhyanın Mövludu

İyulun 7-də Kilsə Vəftizçi Yəhyanın Mövludunu qeyd edir. Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən bayram ibadətinə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Yepiskop

Xəbərlər

Populyar Xəbərlər

Bakıda “Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
03.06.2025
162
Yeparxiya xəbərləri

Bakıda “Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda xristianlıq: tarix, müasir dövr, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Xristianlıq Azərbaycanda qədim tarixə malikdir. İndiki Azərbaycan ...

Yepiskop Aleksiy və mitropolit Kirill yeparxiyalararası əməkdaşlıq məsələlərini müzakirə ediblər
10.06.2025
147
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy və mitropolit Kirill yeparxiyalararası əməkdaşlıq məsələlərini müzakirə ediblər

Stavropol Yeparxiya İdarəsində Stavropol və Nevinnomıssk mitropoliti Kirill və Stavropolda rəsmi səfərdə olan Bakı və Azərbaycan yepiskopu Aleksiy arasında görüş keçirilib. Arxipastırlar bir-birini salamlayıb və yeparxiyalararası ...

Arxiyerey kafedral kilsəsində İlahi Liturgiya keçirib
25.05.2025
73
Yeparxiya xəbərləri

Arxiyerey kafedral kilsəsində İlahi Liturgiya keçirib

Pasxa dövrünün 6-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Liturgiyanın sonunda kilsəətrafı dini ...

Xəbərlər