Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Bakı kilsə xoru beynəlxalq musiqi layihəsində iştirak edib

Bakı kilsə xoru beynəlxalq musiqi layihəsində iştirak edib

Bakı şəhəri Müqəddəs Ali-Mələk Mikayıl kilsəsinin xoru beynəlxalq musiqi layihəsi olan - “İbrahim” oratoriyasının dünya premyerasında iştirak edib. Məşhur İsrail bəstəkarı Barux Berlinerin eyniadlı simfonik poeması əsasında yazılmış qiraətçi, xor, orqan və simfonik orkestr üçün oratoriyanın premyerası Moskvada, Müqəddəs Məryəm roma katolik kafedral kilsəsində Pasxa festivalının bağlanışı çərçivəsində baş tutub. Bakının ən qədim kilsəsinin xor kollektivinin layihədə iştirakı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi sayəsində mümkün olub.

Musiqi əsəri Mendeleyev adına Xor Konqresinin Akademik birgə xoru tərəfindən ifa olunub, o cümlədən: D.İ.Mendeleyev adına RKTU-nin Akademik böyük xoru, Moskva Metropoliteni Akademik xoru, Rusiyanın əməkdar artisti Olqa Serebriyskayanın rəhbərliyi ilə Orenburq Kamera xoru, Rusiyanın əməkdar artisti Qalina Koltsovanın rəhbərliyi altında "Blaqovest" adlı Moskva ruhani musiqisi üzrə xor ansamblı, Lyubov Kamenskayanın rəhbərliyi altında Puşkin adına Musiqi Kollecinin kamera xoru, Birləşmiş Xor Hərəkatının əməkdar xadimi Kristina Əfəndiyevanın rəhbərliyi altında Bakı Ali-Mələk Mikayıl kilsəsinin xoru, bədii rəhbəri Eldar Abasov olan Kosıqin adına Rusiya Dövlət Universitetinin “Debüt” oğlan və gənclər xoru. Birləşdirilmiş xor və simfonik orkestrə layihənin baş xormeysteri və ikinci dirijoru Boris Tarakanov və Aleksey Mezin dirijorluq etmişlər. Azərbaycan, Rusiya və İsrail musiqiçilərini bir araya gətirən layihənin prodüseri israilli bəstəkar Barux Berlinerin nümayəndəsi, “Baruch Berliner’s Genesis International Project” beynəlxalq şirkətinin rəhbəri Naum Slutsker olub. Oratoriyanın premyera nümayişindən sonra cənab N. Slutsker toplaşmış auditoriya qarşısında salamlama nitqi ilə çıxış etdi və o, layihənin bütün iştirakçılarına göstərdikləri səylərə görə təşəkkür etdi, dost Azərbaycandan gələn qonaqları – Müqəddəs Ali-Mələk Mikayıl kilsəsinin xorunu xüsusi vurğuladı.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Yepiskop Aleksiy Rəbbin Çarmıxının nümayişi ilə axşam ibadəti keçirilib
14.03.2026
5

Yepiskop Aleksiy Rəbbin Çarmıxının nümayişi ilə axşam ibadəti keçirilib

Böyük Orucun üçüncü, Xaça səcdə adlanan Rəbb gününün ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində gecəboyu ibadətini

Mərhumların xatirəsinə həsr olunmuş ikinci şənbə günündə Yepiskop Aleksiy İlahi liturgiya keçirilib
14.03.2026
10

Mərhumların xatirəsinə həsr olunmuş ikinci şənbə günündə Yepiskop Aleksiy İlahi liturgiya keçirilib

Mərhumların xatirəsinə həsr olunmuş ikinci şənbə günündə, Bakı və Azərbaycan yepiskopu Aleksiy, kafedral ruhaniləri ilə birlikdə, Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib.

Yepiskop Aleksiy 13-cü Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən iftarda iştirak edib
12.03.2026
16

Yepiskop Aleksiy 13-cü Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən iftarda iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 13-cü Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi təşkil edib. Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının ali

Xəbərlər

Populyar Xəbərlər

Bakıda Holokost qurbanlarının xatirəsi yad edilib
27.01.2026
90
Yeparxiya xəbərləri

Bakıda Holokost qurbanlarının xatirəsi yad edilib

Hər il, yanvar ayının 27-də Beynəlxalq Holokost Anım Günü  qeyd olunur. Bu anım günü 2005-ci ildə təsis edilib və 27 yanvar 1945-ci ildə sovet qoşunları tərəfindən "Osvensim"  nasist  düşərgəsinin azad ...

XXXIV Beynəlxalq Milad Təhsil Oxumaları İlahi Liturgiya ilə başladı
25.01.2026
88
Yeparxiya xəbərləri

XXXIV Beynəlxalq Milad Təhsil Oxumaları İlahi Liturgiya ilə başladı

XXXIV Beynəlxalq Milad Təhsil Oxumalarının açılışından əvvəl ümumkilsə duası edildi. Moskva şəhəri Xilaskar Məsih kafedral kilsəsində keçirilən İlahi Liturgiyaya Moskva və Bütün Rusiyanın Patriarxı Kirill müqəddəsləri ...

20 Yanvar - 1990-cı ildə Bakıda baş vermiş faciəli hadisələrin 35-cü ildönümüdür
20.01.2026
87
Yeparxiya xəbərləri

20 Yanvar - 1990-cı ildə Bakıda baş vermiş faciəli hadisələrin 35-cü ildönümüdür

20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi əbədiləşdirilib. Hər il yanvarın 20-də yüz minlərlə insan Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda ilk addımına çevrilmiş o dəhşətli faciə qurbanlarının ...

Xəbərlər