Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakıda “Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Bakıda “Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb, daha sonra konfrans iştirakçıları ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tədbir iştirakçıları qarşısında salamlama nitqi ilə çıxış edib. Sonra tədbir iştirakçılarına müasir Azərbaycanın və onun konstitusiya quruluşunun əsasını qoyan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayev, Milli Məclisin deputatları, ölkənin ənənəvi dini icmalarının rəhbərləri və nümayəndələri və başqaları konfransın mövzusu ətrafında çıxış ediblər. Bakı yeparxiyasını tədbirdə yeparxiyanın ictimai təşkilatlarla qarşılıqlı əlaqələr üzrə şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev təmsil edib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
15.02.2026
21Yepiskop Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin böyük təqdisi Ayinini keçirib
15 fevral – Rəbbin Məbədə Gətirilməsi bayramı günü – Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin Böyük Təqdisi ayini keçirilib. Allahın Əqdəs Validəsinin Mövludu kilsəsi
14.02.2026
2214 fevral – Ümumdünya mərhum valideynlər şənbəsi
Ətdən-imtina şənbə günü Kilsə yer üzündə nə vaxtsa yaşamış bütün vəfat etmiş pravoslav xristianların xüsusi anım gününü qeyd edir. Məhz buna görə də bu xüsusi anım günü
13.02.2026
19Yepiskop Aleksiy Serbiya Dövlətçilik Günü münasibətilə rəsmi qəbulda iştirak etmişdir
Serbiyanın Milli Bayramı — Dövlətçilik Günü münasibətilə Serbiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilmişdir. Tədbirdə Bakı və Azərbaycan yepiskopu
Populyar Xəbərlər
20.12.2025
133Tarixdə ilk dəfə Azərbaycan dilində İlahi Liturgiya keçirilib
Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində tarixdə ilk dəfə azərbaycan dilində İlahi Liturgiya keçirildi. Dua və liturgiya mətnlərinin Azərbaycan dilinə tərcüməsi 2022-ci ildə Bakı Yeparxiyasının rəhbəri, ...
29.12.2025
120Bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı kilsə xeyriyyəçiliyi və sosial xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri, protoiyerey Mefodiy ...
28.12.2025
11628 Dekabr – Allahın Validəsinin Xəzər ikonasının bayramı
Dekabrın 28-də Bakı Yeparxiyası Allahın Validəsinin Xəzər ikonasının şərəfinə xüsusi bayram qeyd edir. Bu gün yeparxiya üçün həm də ona görə əlamətdardır ki, 28 dekabr 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Müqəddəs ...