Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Bakı yeparxiyası öz arxipastırını arxiyerey təyin olunması günü münasibətilə təbrik edir

Bakı yeparxiyası öz arxipastırını arxiyerey təyin olunması günü münasibətilə təbrik edir

Zati-həzrətləri,

Bakı və Azərbaycan yepiskopu Aleksiy həzrətlərinə

 

Zati-həzrətləri, əziz Vladıka!

Düz bir il əvvəl, Rəbbin Meracı bayramında, Allahın xüsusi təqdiri və xüsusi hərəkəti ilə Siz keşişliyin ən yüksək dərəcəsinə çağırıldınız və Rus Pravoslav Kilsəsinin ruhani başçılığı tərəfindən Azərbaycanda yepiskop vəzifəsinə təyin olundunuz.

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Müqəddəsləri yepiskopluğa ucaldığınız gün Sizə ünvanladığı nəsihətində qeyd etdi ki, qədim islam əsasları və ənənələri olan Azərbaycanda xidmət etmək yepiskopun üzərinə xüsusi məsuliyyət qoyur. Siz yepiskopluqda olduğunuz bir il ərzində Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri ilə xoş və konstruktiv əlaqələr qurmağa nail oldunuz, dinlərarası dialoqun inkişafına öz şəxsi töhfənizi vermisiniz və multikulturalizmin Azərbaycan modelinin uğurlu olduğunu, ölkəmizin daxili siyasət pilləsinə yüksəldilməsinin şahidi oldunuz.

Kilsə həyatının hərtərəfli inkişafının qayğısına qalaraq, sözdə və əməldə sizə həvalə edilmiş məsihi sürüsünə başçılıq edirsiniz. Sizin rəhbərliyinizlə Bakı yeparxiyasının həyatı inkişaf edir, cari və yeni yeparxiya layihələri uğurla həyata keçirilir. Onların arasında yeparxiyada ilk dəfə keçirilən Beynəlxalq Təhsil Milad oxunuşlarının respublika mərhələsini və Bakı yeparxiyasının təşəbbüsü ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində xristian icmalarının və ölkənin elmi ictimaiyyətinin nümayəndələrini bir araya gətirən “Azərbaycanda xristianlıq: tarix, müasirlik, perspektivlər” adlı dəyirmi masanı xüsusi qeyd etmək lazımdır.

Sizin üçün bu əlamətdar gündə Sizə, əziz Vladıka, Qafqaz uzunömürlüyü, cansağlığı, Ana Kilsənin rifahı naminə zəhmətinizin bəhrələrinin artması ilə sevinmək və ruhani huzurda olmağı arzulayırıq.

Bakı yeparxiyasının ruhaniləri və imanlıları.



Xəbərlər


Bölmənin digər xəbərləri

Ruhani cəzaçəkmə müəssisəsində məhkumları ziyarət edib
13.04.2026
5

Ruhani cəzaçəkmə müəssisəsində məhkumları ziyarət edib

Pasxa bayramı günü cəzaçəkmə müəssisələrində xidmət üzrə yeparxiya şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev 2 saylı cəzaçəkmə müəssisəsində məhkumları ziyarət edib. Ziyarət zamanı Pasxa

Arxiyerey Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
13.04.2026
13

Arxiyerey Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Pasxa Həftəsinin bazar ertəsi günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kilsə ruhaniləri müşayiət ediblər.

Pirallahı adasında Pasxa ibadəti keçirilib
13.04.2026
15

Pirallahı adasında Pasxa ibadəti keçirilib

12 aprel tarixində, Pasxa bayramının birinci günündə, Bakı şəhəri Müqəddəs Ali-Mələk Mikayıl kilsəsinin baş keşişi, protoiyerey Mefodiy Əfəndiyev Pirallahı (Artyom) adasına edərək Pasxa ibadətini icra etmişdir. İbadətdən sonra arzu

Xəbərlər

Populyar Xəbərlər

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsədə Öncədən Təqdis olunmuş Ənamlar Liturgiyasını keçirib
27.02.2026
97
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsədə Öncədən Təqdis olunmuş Ənamlar Liturgiyasını keçirib

Böyük Oruc dövrünün birinci həftəsinin cümə günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində Öncədən Təqdis olunmuş Ənamlar Liturgiyasını keçirdiyi. Yepiskopu ...

Yepiskop Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin böyük təqdisi Ayinini keçirib
15.02.2026
76
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin böyük təqdisi Ayinini keçirib

15 fevral – Rəbbin Məbədə Gətirilməsi bayramı günü – Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin Böyük Təqdisi ayini keçirilib. Allahın Əqdəs Validəsinin Mövludu kilsəsi - Azərbaycanın ...

14 fevral – Ümumdünya mərhum valideynlər şənbəsi
14.02.2026
73
Yeparxiya xəbərləri

14 fevral – Ümumdünya mərhum valideynlər şənbəsi

Ətdən-imtina şənbə günü Kilsə yer üzündə nə vaxtsa yaşamış bütün vəfat etmiş pravoslav xristianların xüsusi anım gününü qeyd edir. Məhz buna görə də bu xüsusi anım günü ...

Xəbərlər