Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Pravoslav gənclər yeparxiyanın ən cənub kilsəsini ziyarət ediblər

Pravoslav gənclər yeparxiyanın ən cənub kilsəsini ziyarət ediblər

Bütün Müqəddəslərin Günündə Bakı və Azərbaycan yepiskopu Aleksinin xeyir-duası ilə pravoslav gənclər üçün Azərbaycanın ən cənub bölgəsi olan Lənkərana zəvvar səfəri təşkil olunmuşdur. Zəvvarlar qrupunu yeparxiyanın zəvvarlıq şöbəsinin rəhbəri protoiyerey Dionisiy Sveçnikov və iqumen Kirill (Nikitin) müşayiət edib.

Səfər zamanı gənclər Cəlilabad rayonunun Günəşli kəndində yerləşən və dağınıq vəziyyətdə olan Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət edərək, Rus Pravoslav Kilsəsinin ölkəmizin cənubunda yerləşən tarixi irsi ilə tanış olublar. Sonra zəvvarlar yeparxiyanın ən cənub kilsəsini - Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət edib orada Allahın Əqdəs Validəsinə akafist duasını oxudular. Akafistin bir hissəsini gənclər tərəfindən azərbaycan dilində oxundu. Kilsəyə gələn zəvvarları salamlayan kilsənin baş keşişi protoiyerey Aleksandr Astaşkin toplaşanları Bütün Müqəddəslər Günü münasibətilə təbrik edərək, Lənkəran kilsəsində ilk dəfə olaraq akafistin Azərbaycan dilində oxunduğunu xüsusi olaraq qeyd etdi. Protoiyerey Dionisiy Sveçnikov zəvvarlar qrupu adından Müqəddəs Mömin Böyük Knyaz Aleksandr Nevskinin və Trimitli Müqəddəs Spiridonun ikonalarını hədiyyə olaraq kilsəyə təqdim etdi.

Sonra kilsənin həyətində dövlət bayramı – Azərbaycan xalqının Milli Qurtuluş Günü şərəfinə ağaclar əkildi. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səxran Alışov iştirak etmişdir.