Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Arxiyerey gənclərin zəvvar səfərinə başçılıq edib
Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı Yeparxiyasının zəvvarlıq üzrə şöbəsinin gənclər üçün təşkil etdiyi zəvvar və maarifləndirici səfərinə başçılıq edib.
Səfər Sumqayıt şəhəri Müqəddəs Sarovlu Serafim kilsəsinə ziyarətlə başlayıb, kilsədə səyahətçilər üçün dua mərasimi keçirilib. Səyahət zamanı gənclər Azərbaycanın Şamaxı və İsmayıllı rayonlarının təbiətinin gözəlliyini seyr etmək, ölkənin tarixi-mədəni irs yerləri ilə tanış olmaq imkanı əldə ediblər. Qrup orta əsrlərə aid qədim mis qab-qacaq istehsalı sənətinin mərkəzi olan Lahıc kəndində, Dəmirçilər kəndində olub, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2018-ci ildə inşa edilmiş Dəmirçi arxeologiya muzeyində olublar. Şamaxı Astrofizika Rəsədxanasının muzey ekspozisiyası və teleskopun işi ilə tanışlıq xüsusi maraq doğurdu.
Gənc zəvvarlar üçün mühüm iman əməli kimi yepiskopla birlikdə dəniz səviyyəsindən 1500 m-dən çox hündürlükdəki dağ zirvələrindən birində vətəndə sülh və ölkənin firavanlığı üçün edilən dua oldu. Səfərin sonunda yepiskop Aleksiy gənclərlə söhbət etdi; çay süfrəsi arxasında keçən söhbətdə gənclər yepiskopa müxtəlif ruhani mövzularda suallar verə bildilər.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
13.06.2026
2Yepiskop Aleksiy Azərbaycan Kazakları Birliyinin atamanı ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Azərbaycan Kazakları Birliyinin atamanı Yuri Çigiryov arasında görüş keçirilib. Görüş zamanı kazaklar
13.06.2026
513 iyun – yepiskop Aleksinin arxiyerey xirotoniyasının günü
İyunun 13-də Bakı və Azərbaycan yepiskopu Aleksiy həzrətləri arxiyerey xirotoniyasının ikinci ildönümünü qeyd edir. Bu əlamətdar gündə Aleksiy həzrətləri, yeparxiya ruhanilərinin müşayiətilə Bakı şəhəri Müqəddəs
10.06.2026
8"Ruhun qaynaqları" adlı Respublika üzrə XX yubiley müsabiqə-festivalının yekun konserti keçirilib
Bakıda Azərbaycan Rus İcması və Rus Mədəniyyəti Mərkəzi tərəfindən təşkil olunmuş "Ruhun qaynaqları" adlı Respublika üzrə XX yubiley müsabiqə-festivalının yekun konserti keçirilib. Şəhriyar adına Bakı Mədəniyyət
Populyar Xəbərlər
18.04.2026
93Yepiskop kafedral kilsəsində İlahi Liturgiyaya başçılıq edib
Pasxa həftəsinin şənbə günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyaya başçılıq edib. Arxiyereyi kafedral kilsənin ruhaniləri müşayiət ...
23.04.2026
74Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiyaya başçılıq edib
Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya və panixida ayini keçirib. ...
18.04.2026
70Belarusun Azərbaycandakı səfirliyinin Müqəddəs Kirill Turov ibadətgahında Pasxa bayramı münasibətilə dua mərasimi keçirilib
Bakı və Azərbaycan yepiskopu Aleksiy Belarusun Azərbaycandakı səfirliyinin Müqəddəs Kiril Turov ibadətgahında Pasxa dua mərasimini keçirib. Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri D.L. ...