Xəbərlər 2022
Bakı yeparxiyası özünün hakim arxiyereyi - Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktı doğum günü münasibətilə təbrik edir
Əziz Arxiyepiskop Həzrətləri!
Şəxsi yeni iliniz günündə ürəkdən gələn ən səmimi təbriklərimizi qəbul edin!
Bu gün biz, Sizə əmanət olan yeparxiyanın ruhaniləri və Allahın xalqı olaraq bütün nemətləri bəxş edən Allaha həmd edirik ki, Bakı yeparxiyasının çətin dövründə Patriarx müqəddəsləri bizi Sizin arxıpastır və ata qayğınıza tapşırdı. Siz böyük diqqət, qayğı və müdrikliklə hər şeyi edirsiniz ki, Azərbaycanda Kilsə həyatı müsbət istiqamətdə inkişaf etsin və hər birimiz özünü heç kimin tərk edilmədiyi, unudulmadığı ya da öz problemləri və axtarışları ilə tək qalmadığı bir canlı orqanizmin – Məsih Kilsəsinin bir hissəsi kimi dərk etsin.
Heç kimə sirr deyil ki, insanı imana gətirmək yalnız Məsihdə şəxsi həyat nümunəsi ilə mümkündür və Siz bizə belə bir nümunə göstərməyə çalışırsınız. Bu gün və hər zaman biz hamımız gücümüz çatdığı qədər Allaha dualarımızı təqdim edirik, Ondan xahiş edirik ki, Müqəddəs Ruhun lütfü Sizə əbədi səmavi sərvətlər bəxş etsin, cismani və mənəvi gücünüzü tamamlasın, qəlbinizə hüzur və sakitlik göndərsin. Əziz Həzrət, Rəbbimizdən diləyirik və inanırıq ki, biz Sizinlə Allahın xeyirduası altında olan Bakı və Azərbaycan yeparxiyasının rifahı naminə, Allahın izzəti bəyan olsun deyə birlikdə hələ çox işlər görəcəyik.
Ruhanilərin və pravoslav dindarların adından
Bakı Yeparxiya İdarəsinin katibi Arximandrit Aleksiy.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
2022-ci il Bakı və Azərbaycan yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə
Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində xeyriyyə aksiyası keçirilib
Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində “Yardım əli” qrupu ilə birlikdə və "BTB-Azərbaycan" bankının
Ali-Mələk Mikayıl kilsəsi ərazisində tikilmiş su təqdisetmə sövməəsi üçün qızılı xaç və günbəz gətirildi
2022-ci ilin sonu ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl prixodunun həyatında sevincli və çoxdan gözlənilən hadisə baş verdi -
Populyar Xəbərlər
Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...
Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...
Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...