Xəbərlər 2022
Amerika Katolik Universitetində “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda beynəlxalq konfrans keçirilib
Amerika Katolik Universitetində (Vaşinqton, ABŞ) “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda beynəlxalq konfrans keçirilib.
Forum Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Hüquq və Dini Araşdırmalar Mərkəzi, Amerika Katolik Universiteti və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Birinci sessiyada hökumət nümayəndələri, siyasətçilər və dini liderlər də daxil olmaqla konfrans iştirakçıları mədəniyyətlərarası və dinlərarası dialoqun dəyəri və çıxarılmış nəticələr, habelə razılaşdırılmış fəaliyyətin əhəmiyyəti haqqında öz fikirlərini təqdim etdilər. İkinci sessiya müxtəlifliyin təşviqi sahəsində milli və beynəlxalq səviyyədə siyasətə həsr olunub. Müasir siyasi proseslər kontekstində dinlərarası harmoniya məsələsi ilə bağlı həm azlıqların, həm də çoxluğun mövqeləri müzakirə olunub. Üçüncü sessiyada dinlərarası diskursun birliyin, tolerantlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsinin mühüm aspekti olduğu cəmiyyətdə harmoniya və təhlükəsizliyin əsas amili kimi multikulturalizmin müxtəlif aspektləri müzakirə edilib.
Spikerlər sırasında Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov) Forumun mövzusu ilə bağlı məruzə ilə çıxış edib.
Şəkil Albomu
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
2022-ci il Bakı və Azərbaycan yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə
Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində xeyriyyə aksiyası keçirilib
Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində “Yardım əli” qrupu ilə birlikdə və "BTB-Azərbaycan" bankının
Ali-Mələk Mikayıl kilsəsi ərazisində tikilmiş su təqdisetmə sövməəsi üçün qızılı xaç və günbəz gətirildi
2022-ci ilin sonu ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl prixodunun həyatında sevincli və çoxdan gözlənilən hadisə baş verdi -
Populyar Xəbərlər
Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...
Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...
Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...