Xəbərlər 2023

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı və Azərbaycan yepiskopu seçilib

Bakı arxiyerey kafedrasının (yeparxiyasının) bərpasının 25-ci ildönümü ərəfəsində 2023-cü il dekabrın 27-də Rus Pravoslav Kilsəsinin Patriarxı və Müqəddəs Sinodun qərarı ilə yeni Bakı və Azərbaycan yepiskopu seçilib.

 

124 saylı jurnal

Bakı Yeparxiyasının (Azərbaycan Respublikası) vakant kafedrasına təyinat müzakirə olundu.

AŞAĞIDAKILAR QƏRARA ALINDI:

1. Kolomna yeparxiyasının ruhanisi iyeromonax Filaret (Tixonov) Bakı yepiskopu seçilsin.

2. İyeromonax Filaretin (Tixonovun) arximandrit rütbəsinə yüksəlməsindən sonra yepiskop adlandırılması və xirotoniya ayinin keçirilməsi yeri Moskva və Bütün Rusiya Patriarxı Kirilin ixtiyarına verilsin.

 

İyeromonax Filaret (Tixonov) 24 fevral 1981-ci ildə Moskva vilayətinin Dmitrov şəhərində anadan olub.

2004-cü ildə “Dubna” Beynəlxalq Təbiət, Cəmiyyət və İnsan Universitetini (indiki “Dubna” Dövlət Universiteti) “Sistem Təhlili və İdarəçilik” istiqaməti üzrə texnika və texnologiya magistrı dərəcəsi ilə bitirmişdir.

2012-ci ildə Kolomna Ruhani Seminariyasını bitirib.

9 mart 2011-ci ildə Moskva vilayətinin Kolomna şəhərindəki Staro-Qolutvin monastırının Allahın Zühuru böyük kilsəsində o, Krutitsı və Kolomna mitropoliti Yuvenaliy tərəfindən Moskva və Kolomna mitropoliti müqəddəs Filaretin (Drozdovun) şərəfinə Filaret adı ilə rahibliyə qəbul olundu.

2011-ci ildə diakon və presviter (keşiş) rütbələrini qəbul edib.

2012-ci ildən 2015-ci ilə kimi təlim-tərbiyə işləri üzrə prorektor köməkçisi vəzifəsində çalışıb.

2012-ci ildən Moskva Yeparxiyasının missioner-katexizator kurslarında “Dinlər tarixi” fənni üzrə müəllim kimi çalışır.

2014-cü ildən “Dinlər tarixi” fənni üzrə assistent müəllim vəzifəsində çalışıb.

2015-ci ildə “Qeyri-xristian dinlərin tarixi” və “İnformatika” fənləri üzrə müəllim vəzifəsinə təyin edilib.

2015-ci ildə Krutitsı və Kolomna mitropoliti Yuvenalinin fərmanı ilə KRS-nın Elmi Şurasının katibi təyin edilib.

2015-ci ilin noyabr ayından KRS-nın Elmi Şurasının katibi vəzifəsindən azad edilərək KRS-nın tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Kolomna Yeparxiyasının Attestasiya Komissiyasının üzvüdür.



Xəbərlər


Bölmənin digər xəbərləri

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı
31.12.2023
618

2023-ci il Bakı yeparxiyasının bütün kilsələrində Yeni il ibadətləri ilə başa çatdı

Pravoslav xristianlar keçən il üçün, Rəbbin bizə, ailələrimizə və yaxınlarımıza, icmalarımıza və Allahın qoruduğu ölkəmizə bəxş etdiyi mərhəmətə görə Allaha şükür etdilər. Dünyanı parçalayan

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib
30.12.2023
633

Cəlilabadda uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

Qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin təşkilatçılığı və "Güvən xeyriyyə" ictimai birliyinin yardımı ilə Cəlilabadda

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində çap nəşrlərinin təqdimatı keçirilib
27.12.2023
575

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində çap nəşrlərinin təqdimatı keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 2023-cü ildə Mərkəzin iştirakı ilə çap olunmuş çap nəşrlərinin təqdimatı keçirilib.Tədbiri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru R.Həsənov

Xəbərlər

Populyar Xəbərlər

Bakıda Pasxa bayramı
12.04.2026
95
Yeparxiya xəbərləri

Bakıda Pasxa bayramı

Azərbaycanın pravoslav icması Məsihin Nurlu Dirilməsi bayramını qeyd edir. Pasxa günü, Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən təntənəli ibadətlərə Bakı və Azərbaycan yepiskopu Aleksiy ...

Müqəddəs Çərşənbə günündə yepiskop Aleksiy kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib
08.04.2026
79
Yeparxiya xəbərləri

Müqəddəs Çərşənbə günündə yepiskop Aleksiy kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib

Müqəddəs Həftənin çərşənbə günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib. ...

7 aprel – Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramı
07.04.2026
71
Yeparxiya xəbərləri

7 aprel – Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramı

Aprelin 7-də Kilsə Allahın Əqdəs Validəsinə Müjdənin verilməsi Bayramını qeyd edir. Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində keçirilən ərəfə İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. ...

Xəbərlər