Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Qafqaz Müsəlmanlarının Başçısı ilə görüşüb

Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Qafqaz Müsəlmanlarının Başçısı ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanda  arxipastır səfərində olan Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktın Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə  görüşü keçirilib.
Görüş zamanı Şeyxülislam həzrətləri QMİ ilə Rus Pravoslav Kilsəsi arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirib. Müsəlmanların Başçısı Ermənistan-Azərbaycan münaqişəsinin həllində Moskva və Bütün Rusiyanın Patriarxı Kirill müqəddəslərinin vasitəçilik missiyasını xüsusi qeyd edərək, atılan birgə addımlar nəticəsində problemin dini səviyyəyə keçməsinin qarşısı alınmasının mümkün olduğunu vurğulayıb.
Allahşükür Paşazadə qonaqdan Patriarx müqəddəslərinə patriarx taxtına çıxmasının 15-ci ildönümü münasibətilə təbrik və salamlarını çatdırmağı xahiş edib.
Arxiyepiskop Feofilakt fevralın 7-də keçirilmiş prezident seçkiləri münasibətilə Azərbaycan xalqını təbrik edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə uğurlar arzulayıb. Feofilakt həzrətləri dövlət başçısının bundan sonra da Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və burada yaşayan bütün xalqların rifahı naminə yorulmadan çalışacağından əmin olduğunu bildirib. 
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakının kafedral kilsəsində taxt-tac bayramı keçirilib
19.05.2024
7

Bakının kafedral kilsəsində taxt-tac bayramı keçirilib

Pasxa bayramından sonra 3-cü Rəbb günündə Kilsə Xilaskarın məzarına ilk gələn və Məsihin Dirilməsi xəbərini eşidən müqəddəs Mürr-Daşıyan Zənənləri izzətləndirir. Bu il 115 illiyi qeyd edilən Bakı şəhəri Müqəddəs

Arxiyepiskop Feofilakt Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində  gecə  ibadəti keçirib
18.05.2024
16

Arxiyepiskop Feofilakt Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində gecə ibadəti keçirib

Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində gecə ibadəti keçirib. İbadət zamanı arxiyereyi Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov, Bakı

Arxiyepiskop Feofilaktın Bakıya arxipastır səfəri başlayıb
18.05.2024
14

Arxiyepiskop Feofilaktın Bakıya arxipastır səfəri başlayıb

Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktin Bakıya arxipastır səfəri başlayıb. Səfər çərçivəsində yepiskop Feofilakt Fəxri xiyabana gələrək,

Xəbərlər

Populyar Xəbərlər

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
03.04.2024
509
Yeparxiya xəbərləri

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib

Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
05.04.2024
457
Yeparxiya xəbərləri

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub

İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
04.04.2024
359
Yeparxiya xəbərləri

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...

Xəbərlər