Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Nic qəsəbəsinin udi kilsəsində İlahi Liturgiya
İki ildən artıqdır ki, alban-udi xristian icmasında liturgik həyat davam etdirilir. İcma rəhbərliyi ilə razılığa əsasən Bakı Yeparxiyasının ruhaniləri pravoslav udilərlə birlikdə ildə bir neçə dəfə Azərbaycanın Qəbələ rayonu Nic qəsəbəsinin Müqəddəs Elişa (“Jotari”) və Allahın Əqdəs Validəsi “Bulun” qədim kilsələrində İlahi Liturgiya ibadətini keçirirlər.
Şənbə günü, martın 9-da Allahın Əqdəs Validəsi (“Bulun”) kilsəsində keçirilən ibadətə Bakı Yeparxiyasının katibi arximandrit Aleksiy (Nikonorov), protodiakon Vadim Tokarevin müşayiəti ilə başçılıq edib. Liturgiya zamanı ilahilər Mixail Klimovun rəhbərliyi altında mqd. Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin kiçik xoru tərəfindən ifa edilib. Dualar və İncil həm kilsə-slavyan, həm də udi dillərində səslənib. İbadətə təkcə kəndin pravoslav sakinləri deyil, həm də Yeparxiyanın zəvvarlıq şöbəsi tərəfindən Nic qəsəbəsinə təşkil olunan səfərdə iştirak edən Bakıdan zəvvarlar da qatılıblar. Səfər çərçivəsində CBC tele-şirkətinin “Tolerantlığın çalarları” silsiləsinin növbəti buraxılışı çəkilib.
İbadətin sonunda arximandrit Aleksiy Alban-Udi icmasının dini rəhbəri Rafik (Rafael) Danakariyə udilərin Nic qəsəbəsinin qədim xristian ziyarətgahlarını ziyarət edən bütün zəvvarlara göstərdikləri səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Şəkil Albomu
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
Bakının kafedral kilsəsində taxt-tac bayramı keçirilib
Pasxa bayramından sonra 3-cü Rəbb günündə Kilsə Xilaskarın məzarına ilk gələn və Məsihin Dirilməsi xəbərini eşidən müqəddəs Mürr-Daşıyan Zənənləri izzətləndirir. Bu il 115 illiyi qeyd edilən Bakı şəhəri Müqəddəs
Arxiyepiskop Feofilakt Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində gecə ibadəti keçirib
Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində gecə ibadəti keçirib. İbadət zamanı arxiyereyi Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov, Bakı
Arxiyepiskop Feofilaktın Bakıya arxipastır səfəri başlayıb
Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilaktin Bakıya arxipastır səfəri başlayıb. Səfər çərçivəsində yepiskop Feofilakt Fəxri xiyabana gələrək,
Populyar Xəbərlər
Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...
Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...
Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...