Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Yeparxiya şöbəsinin rəhbəri “Böyük şücaətin tarixi” adlı sərginin açılışında iştirak edib

Yeparxiya şöbəsinin rəhbəri “Böyük şücaətin tarixi” adlı sərginin açılışında iştirak edib

Bakı Rus Evində Böyük Vətən Müharibəsi illərində Krımın azad edilməsinin 80 illiyinə həsr olunmuş “Böyük şücaətin tarixi” adlı sərginin açılışı olub. Sərginin əsas mövzusu Azərbaycanın sakinləri - Suvorov ordenli S. Orconikidze adına 77-ci Qırmızı Bayraqlı Simferopol atıcı diviziyasının döyüşçülərinin ölməz şücaətidir. Sərgiyə toplaşanları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov salamlayıb. Rusiya Federasiyası Dövlət Dumasının 7-ci çağırışının deputatı Pavel Şperov çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan əsgərlərinin xatirəsinin yaşadılmasında və onların şücaətinin əbədiləşdirilməsində əvəzsiz xidmətlərini qeyd edib. Sonra P.Şperov qonaqlara 77-ci Simferopol piyada diviziyasının keçdiyi şərəfli döyüş yolundan danışıb.

Tədbirdə Milli Məclisin deputatları, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin əməkdaşları, soydaş təşkilatlarının və gənclər birliklərinin nümayəndələri, mədəniyyət xadimləri, azadlıq uğrunda döyüşçülərin övladları və digərləri iştirak ediblər. Bakı Yeparxiyasını tədbirdə yeparxiya idarəsinin ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev təmsil edib.



Xəbərlər


Bölmənin digər xəbərləri

8 sentyabr - Allahın Əqdəs Validəsinin Vladimir ikonasının bayramı günüdür
08.09.2026
2

8 sentyabr - Allahın Əqdəs Validəsinin Vladimir ikonasının bayramı günüdür

Allahın Əqdəs Validəsinin Vladimir ikonasının bayramı günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral kilsənin

Ali-Mələk Mikayıl kilsəsinin Həvari Bartalmay qurbangahının taxt-tac bayramı keçirilib
07.09.2026
5

Ali-Mələk Mikayıl kilsəsinin Həvari Bartalmay qurbangahının taxt-tac bayramı keçirilib

Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin Həvari Bartalmay ibadətgahında taxt-tac bayramı münasibətilə təntənəli ibadət keçirilib. Bayram İlahi Liturgiyasına Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi yeparxiya

Cəlilabad şəhərində xeyriyyə aksiyası keçirib
06.09.2026
5

Cəlilabad şəhərində xeyriyyə aksiyası keçirib

Yeni tədris ili ərəfəsində xeyriyyəçilərin dəstəyi ilə Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin icması və «Güvən Xeyriyyə» İctimai Birliyi birgə «Salam, məktəb!» adlı xeyriyyə aksiyası keçiriblər. Xeyriyyə

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
72
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
66
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
41
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Xəbərlər