Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Bakı yeparxiya idarəsinin katibi Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib

Bakı yeparxiya idarəsinin katibi Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə.

Möhtərəm Şeyx Həzrətləri!

Sizi və Sizin simanızda Azərbaycanın bütün çoxsaylı müsəlman ümmətini Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik!

Bu gündə bütün dünya müsəlmanları müqəddəs Ramazan ayının başa çatmasını qeyd edir. Bu ay ərzində möminlər dua və səbr etməyə, mərhəmət və şəfqət əməllərini etməyə, ehtiyacı olanlara yardım etməyə çağırılır. Ramazan bayramı sülh, qardaşlıq sevgisi və mərhəmət bayramıdır. Bu dəyərlər qədim Azərbaycan torpağında tarixən məskunlaşan bütün millətlərə və dinlərə mənsub insanlar üçün eyni dərəcədə yaxın və başa düşüləndir, ölkəmizdə hökm sürən sülhün, harmoniyanın və qarşılıqlı hörmətin əsasını təşkil edir. Bütün Azərbaycan xalqının rifahı naminə dinlərarası dialoqun və konstruktiv əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində birgə səylərimizə Allah xeyir-dua versin deyə dua edirik.

Rəhman və Rəhmli olan Yaradan müsəlman bacı-qardaşlarımızın oruc və namazlarını, xeyirxah əməllərini və xoş niyyətlərini qəbul etsin, hər birimizə sülh və bərəkət bəxş etsin!

Azərbaycanın pravoslav icması adından Bakı Yeparxiya İdarəsinin katibi, protoiyerey Dionisiy Sveçnikov.



Xəbərlər


Bölmənin digər xəbərləri

Samariyalı qadın günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
10.05.2026
25

Samariyalı qadın günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Pasxa dövrünün 5-ci Rəbb günü — Samariyalı qadın günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib.

Din xadimləri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər
10.05.2026
23

Din xadimləri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur. Bu gün Azərbaycanın ənənəvi dini konfessiyalarının rəhbərləri və nümayəndələri Fəxri xiyabana gələrək,

9 May - Qələbənin 81-ci ildönümü
09.05.2026
23

9 May - Qələbənin 81-ci ildönümü

Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümünün qeyd olunması ərəfəsində yüzlərlə insan Azərbaycan paytaxtının Nərimanov rayonundakı Kütləvi məzarlıq abidəsinə toplaşmışdılar. Buraya müharibə

Xəbərlər

Populyar Xəbərlər

Bakıda Pasxa bayramı
12.04.2026
83
Yeparxiya xəbərləri

Bakıda Pasxa bayramı

Azərbaycanın pravoslav icması Məsihin Nurlu Dirilməsi bayramını qeyd edir. Pasxa günü, Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən təntənəli ibadətlərə Bakı və Azərbaycan yepiskopu Aleksiy ...

15 mart - Böyük Orucun 3-cü Həftəsi, Çarmıxa ehtiram həftəsi
15.03.2026
71
Yeparxiya xəbərləri

15 mart - Böyük Orucun 3-cü Həftəsi, Çarmıxa ehtiram həftəsi

Böyük Oruc ayının 3-cü Rəbb günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bak şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən ibadətlərə başçılıq edib. Şənbə günü axşam, ...

Müqəddəs Çərşənbə günündə yepiskop Aleksiy kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib
08.04.2026
71
Yeparxiya xəbərləri

Müqəddəs Çərşənbə günündə yepiskop Aleksiy kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib

Müqəddəs Həftənin çərşənbə günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində Əvvəlcədən Təqdis edilmiş Ənamlar Liturgiyasını keçirib. ...

Xəbərlər