Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirəsi alınıb

Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirəsi alınıb

Aprelin 19-da Dövlət Şərq Muzeyində (Moskva) Azərbaycan xalqının görkəmli oğlu - XX əsrin əvvəllərinin sənaye xadimi və xeyriyyəçisi, Rusiya İmperiyasının müşaviri Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş gecə keçirilib.

Tədbiri Şərq Muzeyinin direktoru, tarix elmləri doktoru Aleksandr Sedov açaraq qeyd edib ki, bəşər tarixində himayədarlıq və xeyriyyəçilik həmişə nəcib əməl kimi qiymətləndirilib. Belə insanların xidmətləri sonrakı nəsillərə örnəkdir. “Bu gün biz belə bir insanı - 100 il əvvəl dünyasını dəyişmiş Zeynalabdin Tağıyevi xatırlayırıq”, - deyə A.Sedov bildirib.

Tarix elmləri namizədi, ilahiyyat elmləri namizədi, Moskva Dövlət Linqvistik Universitetinin dosenti, iyerey Dmitriy Safonov “Azərbaycanda pravoslav-islam əməkdaşlığı ənənələrinin formalaşmasında Z.Tağıyevin töhfəsi” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Z.Tağıyevin 1870-ci illərdə Bakıda mqd. Aleksandr Nevskiy kafedral kilsəsinin tikintisində iştirakına dair bir sıra tarixi faktlar gətirdi. Həmçinin ata Dmitriy Rus Pravoslav Kilsəsinin Azərbaycanın müsəlman icması ilə dialoqundan, ölkədə multikulturalizm və tolerantlıq siyasətinin həyata keçirilməsində kilsənin iştirakından danışıb. Məruzənin sonunda o, Bakıda keçirilən dinlərarası forumlarda iştirakı, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə Qafqaz müsəlmanlarının başçısı Şeyxülislam Allahşükür Paşazadə arasında görüşlərin təşkili ilə bağlı şəxsi təəssüratlarını bölüşüb.

Şəkil Albomu



Xəbərlər


Bölmənin digər xəbərləri

Qafqaz Müsəlmanlarının Başçısı Azərbaycanın pravoslav xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib
04.05.2024
14

Qafqaz Müsəlmanlarının Başçısı Azərbaycanın pravoslav xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın pravoslav xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Uca Allahın lütfü ilə biz bir-birimizə

Şuşada dini liderlərin görüşü keçirilib
02.05.2024
18

Şuşada dini liderlərin görüşü keçirilib

Mayın 1-3-də Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Forum çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Dinlərarası dialoq vasitəsilə etimadın

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib
02.05.2024
28

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristianlarını Pasxa bayramı münasibətilə təbrik edib

Azərbaycanın pravoslav xristian icmasına Hörmətli həmvətənlər! Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Qədim

Xəbərlər

Populyar Xəbərlər

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib
03.04.2024
495
Yeparxiya xəbərləri

Sankt-Peterburq qubernatoru Bakının kafedral kilsəsini ziyarət edib

Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq qubernatoru A. D. Beqlov Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsini ziyarət edib. Ali qonağı kilsədə hörmətli Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov ...

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub
05.04.2024
444
Yeparxiya xəbərləri

Bakı yeparxiyasının din xadimi "Rossotrudniçestvo"-nun nümayəndəliyi yanında Ekspert Şurasına üzv qəbul olunub

İşçi qrupun ilk iclası Bakıda Rus Evində keçirilib. Qrupun vəzifəsi iki dost ölkə - Azərbaycan və Rusiya üçün tarixi, xatirə və mədəni əhəmiyyət kəsb edən obyektlərin qorunması üzrə tədbirlərin təşkili və ...

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb
04.04.2024
343
Yeparxiya xəbərləri

Qafqaz Müsəlmanları İdarəsi sədrinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında ənənəvi iftar süfrəsi təşkil olunub. Tədbirdə ənənəvi dini icmaların rəhbərləri iştirak ediblər. Bakı yeparxiyasını tədbirdə Yeparxiya ...

Xəbərlər