Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Yepiskop Aleksiy Stavropol İlahiyyat Seminariyasının buraxılış mərasimi münasibətilə keçirilən bayram tədbirlərində iştirak edib

Yepiskop Aleksiy Stavropol İlahiyyat Seminariyasının buraxılış mərasimi münasibətilə keçirilən bayram tədbirlərində iştirak edib

Bakı və Azərbaycan yepiskopu Aleksiy Stavropol İlahiyyat Seminariyasının buraxılış mərasimi və seminariyanın əsaslı təmir olunmuş tarixi binasının açılışı münasibətilə keçirilən bayram tədbirlərində iştirak edib. İlahiyyat seminariyası kitabxanasının və xəstəxanasının bərpa olunan tarixi binası quberniya memarı Q.Kuskovun layihəsinə əsasən 1905-ci ildə tikilib və regional əhəmiyyətli mədəniyyət abidəsidir. 1920-ci ildə bina Kilsənin əlindən alındı və 2017-ci ildə geri qaytarıldı. 5 iyul 2024-cü il tarixində təmir edilmiş bina təqdis olundu. Təqdisetmə ayinini Stavropol və Nevinnomıssk mitropoliti Kirill yerinə yetirdi.

İyulun 6-da, Allahın Validəsinin Vladimir ikonasının xatirəsi günü, Stavropol İlahiyyat Seminariyasının tələbələrinin növbəti buraxılışı ilə əlaqədar Stavropol şəhəri Müqəddəs Andrey kilsəsində bayram İlahi Liturgiyası və şükranlıq duası keçirilib. İbadət edən ruhanilərin məclisinə Stavropol İlahiyyat Seminariyasının rektoru, Stavropol və Nevinnomıssk mitropolit Kirill başçılıq edib. Mitropoliti Elista və Kalmık arxiyepiskopu Yustinian, Georgiyevsk və Praskovey yepiskopu Gedeon, Bakı və Azərbaycan yepiskopu Aleksiy müşayiət ediblər. Arxiyereyləri Rus Pravoslav Kilsəsinin Tədris Komitəsinin sədri, protoiyerey Maksim Kozlov, Stavropol İlahiyyat Seminariyasının dini rütbəli rəhbərliyi, müəllimləri və məzunları və çoxsaylı ruhanilər müşayiət ediblər. İbadətdə ilahiyyat məktəbinin işçiləri, müəllimlər, tələbələr, Stavropol İlahiyyat Seminariyasının məzunları, kazaklar və prixodun imanlıları iştirak edib. Liturgiya ilahiləri Stavropol Mitropoliyasının xoru və Stavropol İlahiyyat Seminariyasının xoru tərəfindən ifa edilmişdir.

İlahi Liturgiyanın sonunda Bakı və Azərbaycan yepiskopu Aleksiy Müqəddəs Andrey kilsəsinin ərazisində yerləşən nekropolda dəfn olunan Stavropol arxipastırlarının - mitropolit Antoniy (Romanovskiy), arxiyepiskop Antoniy (Zavqorodniy) və mitropolit Gedeonun (Dokukin) məzarları başında litiya duasını keçirdi.



Xəbərlər


Bölmənin digər xəbərləri

Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib
14.09.2026
2

Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib

Bakı və Azərbaycan yepiskopu Aleksiy görkəmli Azərbaycan mütəfəkkiri və alimi Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə (XV əsr) həsr olunmuş I Beynəlxalq elmi-praktik konfransın plenar iclasında iştirak edib. «İslam dünyasının mədəni

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
13.09.2026
4

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün — Pentikost günündən sonrakı 15-ci Rəbb günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi

Gəncəyə arxıpastır səfəri
12.09.2026
8

Gəncəyə arxıpastır səfəri

Bakı və Azərbaycan yepiskopu Aleksiy Gəncə şəhərinə arxipastır səfəri edib. Səfər Müqəddəs mömin böyük knyaz Aleksandr Nevskiy kilsəsinin taxt-tac bayramı münasibətilə baş tutub. Sentyabrın 12-də, müqəddəsin anım

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
52
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
50
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
22.08.2026
43
Yeparxiya xəbərləri

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya

Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...

Xəbərlər