Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Yepiskop Aleksinin Lənkərana arxipastır səfəri başlayıb

Yepiskop Aleksinin Lənkərana arxipastır səfəri başlayıb

İyulun 19-da, Azərbaycanda pravoslav prixodlarının həyatı ilə tanışlıq çərçivəsində, Bakı və Azərbaycan yepiskopu Aleksinin ölkənin ən cənub bölgəsinə - Lənkəran şəhərinə ilk arpastır səfəri başlayıb.

Lənkəranda yepiskop Aleksiy Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran, Astara, Lerik və Yardımlı rayonları üzrə qazısı (nümayəndəsi) Hacı Sədi tərəfindən səmimiyyətlə qarşılanıb.

Lənkərana gəldikdən sonra yepiskop Aleksiy Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşevlə görüşüb. Hörmətli qonağı salamlayan T.Qaraşev yepiskopu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, Azərbaycanın rifahı, çoxmillətli Azərbaycan cəmiyyətinə xas olan mənəviyyat və ənənəvi dəyərlərin möhkəmləndirilməsi naminə yepiskopun fəaliyyətinə Ulu Tanrının yardımını diləyib. İcra Hakimiyyətinin başçısı Lənkəran rayonunun həyatından danışıb, Lənkəranda qədim zamanlardan müxtəlif millətlərin, o cümlədən rusların nümayəndələrinin yaşadığını bildirib. Yepiskop Aleksiy, öz növbəsində, səmimi qəbula görə, eləcə də rayonun pravoslav sakinlərinə göstərilən hərtərəfli dəstəyə və Lənkəran pravoslav kilsəsinin ehtiyaclarına diqqət və qayğıya görə T.Qaraşeva minnətdarlığını bildirib. Yepiskop salamlama nitqini Uca Yaradandan sülh, cansağlığı və kömək diləməsi ilə yekunlaşdırdı. Görüş zamanı prixod infrastrukturunun inkişafı və onun qarşıdan gələn qeydiyyatı ilə bağlı məsələlər də müzakirə olunub. Görüşün sonunda yepiskop Aleksiy və Taleh Qaraşev bir-birlərinə xatirə hədiyyələrini təqdim etdilər.

Görüş zamanı arxiyereyi iqumen Kirill (Nikitin), Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsinin baş keşişi, protoiyerey Aleksandr Astaşkin və Yeparxiyanın ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev müşayiət ediblər.

Həmin gün yepiskop Aleksiy Lənkəran şəhərindəki Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət edib, kilsə və ətraf ərazinin abadlaşdırılması istiqamətində aparılan işlərlə tanış olub. Səfər zamanı arxipastır kilsə ərazisində təmizlik işlərinin aparılmasında fəal iştirak edən Azərbaycanın Rus Gəncləri Assosiasiyasının nümayəndələri ilə söhbət edib. Yepiskop Aleksiy həmçinin Böyük Vətən Müharibəsində iştirak etmiş Azərbaycan qəhrəmanlarının xatirəsinə Bakı Rus Evinin dəstəyi ilə kilsənin yanında salınmış “Yaddaş bağı”na, pravoslav xristian qəbiristanlığına və qardaş məzarlıqlara baxıb.

Səfər çərçivəsində yepiskop Aleksiy Lənkəranın görməli yerlərini - “Böyük bazarı", Cümə məscidini, xan sarayında yerləşən Lənkəran rayon tarix-diyarşünaslıq muzeyini, çay plantasiyasını və cənub bölgəsinin təbii incisi olan Xanbulan gölünü ziyarət edib.



Xəbərlər


Bölmənin digər xəbərləri

Cəlilabad şəhərində xeyriyyə aksiyası keçirib
06.09.2026
2

Cəlilabad şəhərində xeyriyyə aksiyası keçirib

Yeni tədris ili ərəfəsində xeyriyyəçilərin dəstəyi ilə Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin icması və «Güvən Xeyriyyə» İctimai Birliyi birgə «Salam, məktəb!» adlı xeyriyyə aksiyası keçiriblər. Xeyriyyə

Bazar günü məktəblərinin müəllimlərinin müşavirəsi keçirilib
06.09.2026
4

Bazar günü məktəblərinin müəllimlərinin müşavirəsi keçirilib

Yeni tədris ili ərəfəsində Bakı Yeparxiyasının Dini Təhsil və Katexizasiya şöbəsinin rəhbəri iqumen Kirill (Nikitin) yeparxiyanın uşaqlar üçün bazar günü məktəblərinin müəllimləri ilə müşavirə

Yepiskop Aleksi Tutayevdən gələn zəvvarlarla görüşüb
06.09.2026
4

Yepiskop Aleksi Tutayevdən gələn zəvvarlarla görüşüb

Rəbb günü İlahi Liturgiyasından sonra Bakı və Azərbaycan yepiskopu Aleksiy Yaroslavl vilayətinin Tutayev şəhərindən Azərbaycana gəlmiş zəvvarlarla görüşüb. Zəvvarlar ölkəmizlə və buradakı xristian ziyarətgahları ilə

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
70
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
64
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
41
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Xəbərlər