Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Yepiskop Aleksiy Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsində İlahi Liturgiya keçirib
Allahın Validəsi ikonasının Kazan şəhərində tapılması bayramının qeyd edildiyi gündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Lənkəran şəhərindəki Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi ibadət zamanı Bakı Yeparxiyasının katibi Dionisiy Sveçnikov, Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsinin baş keşişi protoiyerey Aleksandr Astaşkin, iqumen Kirill (Nikitin), Yeparxiyanın ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev, iyerey Roman Çertıkov və protodiakon Vadim Tokarev müşayiət ediblər.
İbadətin sonunda pravoslav lənkəran ailəsi Sevgi, Ailə və Sədaqət Gününün qeyd edilməsi çərçivəsində nikahda 25 ildən artıq olan cütlüklərə təqdim olunan “Sevgi və sədaqətə görə” medalı ilə təltif edildi.
Ailə, Sevgi və Sədaqət Günü hər il iyulun 8-də qeyd olunan və nikah və ailənin himayədarları kimi ehtiram edilən Muromlu Müqəddəs Pyotr və Fevroniyanın xatirəsinə həsr olunmuş bayramdır. 47 il birlikdə ailə həyatı yaşayan Opanasyuk ailəsinə medalı və sertifikatı yepiskop Aleksiy və Bakı Rus Evinin rəhbər müavini Dmitriy Yeqorov təqdim ediblər.
Sonra kilsənin həyətinə toplaşanların hamısına çay və şirniyyatlar təklif olundu. Çay süfrəsi arxasında imanlılarla söhbət edən yepiskop Aleksiy Dua Örpəyi kilsəsinin imanlılarına səmimi qəbula və birgə duaya görə təşəkkür edib və belə görüşlərin müntəzəm olacağını qeyd edib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
07.09.2026
3Ali-Mələk Mikayıl kilsəsinin Həvari Bartalmay qurbangahının taxt-tac bayramı keçirilib
Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin Həvari Bartalmay ibadətgahında taxt-tac bayramı münasibətilə təntənəli ibadət keçirilib. Bayram İlahi Liturgiyasına Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi yeparxiya
06.09.2026
2Cəlilabad şəhərində xeyriyyə aksiyası keçirib
Yeni tədris ili ərəfəsində xeyriyyəçilərin dəstəyi ilə Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsinin icması və «Güvən Xeyriyyə» İctimai Birliyi birgə «Salam, məktəb!» adlı xeyriyyə aksiyası keçiriblər. Xeyriyyə
06.09.2026
4Bazar günü məktəblərinin müəllimlərinin müşavirəsi keçirilib
Yeni tədris ili ərəfəsində Bakı Yeparxiyasının Dini Təhsil və Katexizasiya şöbəsinin rəhbəri iqumen Kirill (Nikitin) yeparxiyanın uşaqlar üçün bazar günü məktəblərinin müəllimləri ilə müşavirə
Populyar Xəbərlər
13.07.2026
7013 iyul - Müqəddəs On İki Həvari bayramı
Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...
15.07.2026
66Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər. İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...
21.07.2026
4121 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı
İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...