Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Yepiskop Aleksiy Gəncəyə işgüzar səfər edib

Yepiskop Aleksiy Gəncəyə işgüzar səfər edib

Bakı və Azərbaycan yepiskopu Aleksinin Gəncəyə işgüzar səfəri baş tutub. Səfər zamanı yepiskop Aleksiy Müqəddəs Mömin Böyük Knyaz Aleksandr Nevskiy kilsəsini ziyarət edib, burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı və Azərbaycan Dövlətinin dəstəyi ilə aparılacaq genişmiqyaslı təmir-bərpa işlərinin planı ilə tanış olub.

Yepiskop Aleksiy kilsənin ərazisində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasovla görüşüb. Görüşdə həmçinin Gəncə şəhəri Aleksandr Nevskiy kilsəsinin baş keşişi iyerey Varfolomey Sotnikov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Məmmədov, şəhər icra hakimiyyətinin şöbə müdirləri və təmir-bərpa işlərini yerinə yetirəcək "ArchiCO" podratçı şirkətin nümayəndələri iştirak ediblər.

Yepiskop Aleksini Gəncədə salamlayan Niyazi Bayramov yepiskopu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona Bakı Yeparxiyasının rəhbəri vəzifəsində uğurlar arzulayıb. Hacı Tahir Abbasov salamlara qoşularaq, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəliyi ilə Bakı Yeparxiyasının rəhbərliyi arasında yaranmış xoş və konstruktiv münasibətlərin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib. Arxiyerey də öz növbəsində salamlara və təbriklərə görə minnətdarlığını bildirib, Azərbaycan xalqının rifahı və firavanlığı naminə birgə səmərəli işin gələcəkdə də davam etdiriləcəyinə əmin edib.

Görüş zamanı qarşıda duran təmir-bərpa işləri hərtərəfli müzakirə edilib, lazımi tapşırıqlar verilib.

İşgüzar səfərdə yepiskopu Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov və iqumen Kirill (Nikitin) müşayiət ediblər.



Xəbərlər


Bölmənin digər xəbərləri

Bakıda «Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər» mövzusunda konfrans keçirilib
17.09.2026
2

Bakıda «Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər» mövzusunda konfrans keçirilib

Bakı və Azərbaycan yepiskopu Aleksiy «Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər» mövzusunda keçirilən konfransda iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə

Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib
14.09.2026
4

Yepiskop Aleksiy beynəlxalq elmi-praktik konfransda iştirak edib

Bakı və Azərbaycan yepiskopu Aleksiy görkəmli Azərbaycan mütəfəkkiri və alimi Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə (XV əsr) həsr olunmuş I Beynəlxalq elmi-praktik konfransın plenar iclasında iştirak edib. «İslam dünyasının mədəni

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
13.09.2026
7

Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün — Pentikost günündən sonrakı 15-ci Rəbb günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi

Xəbərlər

Populyar Xəbərlər

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 
21.07.2026
52
Yeparxiya xəbərləri

21 iyul – Allahın Əqdəs Validəsinin Kazan ikonasının zühuru bayramı 

İyulun 21-də Pravoslav Kilsəsi Allahın Əqdəs Validəsinin Kazan şəhərində möcüzəvi ikonasının zühuru bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu  Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan ...

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
50
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
10.08.2026
44
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...

Xəbərlər