Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Yepiskop Aleksiy Gəncə şəhərində kilsə taxt-tac bayramına başçılıq edib
Sentyabrın 12-də Gəncə şəhəri Müqəddəs Mömin Böyük Knyaz Aleksandr Nevskiy kilsəsində taxt-tac bayramı keçirilib. Bayram İlahi Liturgiyasına və xaç yürüşünə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Yepiskop Aleksini Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Dionisiy Sveçnikov, iqumen Kirill (Nikitin), protoiyerey Andrey Bezotosnıy, Gəncə ş. Aleksandr Nevskiy kilsəsinin baş keşişi iyerey Varfolomey Sotnikov, protodiakon Vadim Tokarev və diakon Aleksiy Bezotosnıy müşayiət ediblər.
İbadət ilahilərini Mixail Klimovun rəhbərliyi altında Bakı Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin xor ifaçıları səsləndirdilər. Xaç yürüşünün sonunda yepiskop toplaşanları taxt-tac bayramı münasibəti ilə təbrik etdi və hamıya arxpastır nəsihəti ilə müraciət etdi. Yeparxiyanın zəvvarlıq şöbəsi tərəfindən Bakı və Sumqayıt kilsələrinin imanlıları üçün Gəncəyə səfər təşkil edilib. Zəvvarların hədiyyəsi olaraq yepiskop Aleksiy kilsəyə Müqəddəs Böyük Şəhid Müzəffər Georgiy ikonasını təqdim etdi.
İbadətin sonunda yepiskop Aleksini kilsədə Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə şəhəri üzrə nümayəndəsi Həsən Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abuzer Zeynalov salamlayıblar.
Xəbərlər
Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
21.09.2026
2Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib
Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində taxt-tac bayramı münasibətilə təntənəli ibadətlər keçirilib. Azərbaycanın mühüm pravoslav məbədlərindən biri olan Allahın Əqdəs Validəsinin Mövludu kilsəsi bu
20.09.2026
6Yepiskop Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib
Allahın Əqdəs Validəsinin Mövludu Bayramı ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı Şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsində axşam ibadəti keçirib. Yepiskopu yeparxiyanın ruhanilrəi müşayiət ediblər.
20.09.2026
7Yepiskop Aleksiy kafedral kilsəsində İlahi Liturgiya keçirib
Pentikost bayramından sonra 16-cı Rəbb günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. İbadətin sonunda yepiskop Aleksiy toplaşanlara Rəbb
Populyar Xəbərlər
23.08.2026
54Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...
10.08.2026
50Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...
22.08.2026
48Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...





