Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakıda şəhid-keşiş İoann Qançevin xatirəsi təntənəli şəkildə qeyd edilib
Noyabrın 2-də Kilsə müqəddəs şəhid İoann Qançevin xatirəsini yad edir. Gələcəkdə keşiş İoann olacaq İvan Qanmev 1878-ci ildə Vladimir vilayətinin Sina kəndində anadan olub. İvan Qançev ruhani təhsili Petroqrad İlahiyyat Seminariyasında alıb və 1910-cu ildə oranı bitirdikdən sonra keşişliyi qəbul edib. Sonra ruhani rəyasətin xeyir-duası ilə uzaq Azərbaycanda keşişlik etməyə getmiş, burada Bakı quberniyasının Quba rayonunun Aleksandrovka kəndində Allahın Əqdəs Validəsinin "Boqolyubskaya" ikonasının şərəfinə kilsənin baş keşişi, Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsinin baş keşişi və Lənkəran şəhərinin yaxınlığında yerləşən Prişıb kəndinin Allahın Əqdəs Validəsinin "Bütün kədərlilərin sevinci" ikonasının şərəfinə kilsənin baş keşişi vəzifələrində xidmət etmişdir. 1933-cü ildə ata İoann əksinqilabi və cəsusluq fəaliyyət haqda saxta ittihamlarla həbs edilir və Qazaxıstana sürgünə göndərilir. Sürgündən qayıdarkən yenidən həbs edilir və 1937-ci il oktyabrın 31-də edama məhkum edilir. Hökm noyabrın 2-də icra olundu.
2000-ci ildə Rus Pravoslav Kilsəsinin Yepiskoplarının Yubiley Şurasında keşiş İoann İlyiç Qançev Rus Kilsəsinin XX əsrdə Yeni Şəhidləri və İqrarçıları içində müqəddəs elan olundu. Bakı yeparxiyasında müqəddəs şəhidin xatirəsi ənənəvi olaraq noyabrın 2-nə ən yaxın bazar günü qeyd edilir.
Bayram günü Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində keçirilən İlahi Liturgiyaya Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri müşayiət ediblər. İbadətin sonunda yepiskop Aleksiy həzrətləri toplaşanlara Bakı presviteri, şəhid İoannın həyatı və göstərdiyi şücaəti mövzusunda xütbə ilə müraciət etdi.
Şəkil Albomu
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
Dini Liderlərin Ümumdünya Sammitinin iştirakçıları Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər
Noyabrın 5-7-də Bakıda keçiriləcək Dini Liderlərin Ümumdünya Sammitinin iştirakçıları Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar. Tədbirdə Bütün Belarusun
Bakı kafedral kilsəsində azərbaycan dilində Müqəddəs Məryəmə akafist oxunub
Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində imanlıların gənclər qrupunun təşəbbüsü ilə Allahın Əqdəs Validəsinin şərəfinə akafist azərbaycan dilində oxunub. İbadətə Bakı və Azərbaycan yepiskopu Aleksiy
BDU-nin tələbələri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsini ziyarət ediblər
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri Bakı şəhəri Allahın Əqdəs Validəsinin Mövludu kilsəsini ziyarət ediblər. Tələbələri kilsədə iyerey Roman Çertıkov qarşılayıb, onlar üçün kilsədə
Populyar Xəbərlər
Yepiskop Aleksiy bazar günü məktəblərin müəllimləri ilə görüş keçirib
Yeni dərs ilinin başlanması ərəfəsində Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı kilsələrinin bazar günü məktəblərinin müəllimləri ilə işgüzar görüş keçirib. İclasda bazar günü məktəblərinin işinin ...
Dini liderlər Anım Günündə Qələbə parkını ziyarət ediblər
Bakıda 44 günlük Vətən Müharibəsində Azərbaycanın Qələbəsinə həsr olunmuş Qələbə Parkının salınması istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həyata keçirilən layihəyə Qələbə ...
7 sentyabr - Həvari Bartalmayın mübarək qalıqlarının gətirilməsi bayramı
Sentyabrın 7-də Kilsə Həvari Bartalmayın mübarək qalıqlarının gətirilməsini qeyd edir. Bu, Azərbaycanda yaşayan pravoslav xristianlar üçün xüsusi gündür. Müqəddəs Həvari Bartalmay qədim zamanlardan Cənubi ...