Simalarda tarix
İman uğrunda öldürülmüş keşiş İoann Qançev (1878-1937)
Min il əvvəl Qədim Rusiya Məsihin təlimini qəbul etdi. O vaxtdan bəri Rus Pravoslav Kilsəsi saysız-hesabsız kəramətli, abid və saleh şəxslərin şücaəti ilə parladı. 20-ci əsr ölkəmiz və Kilsəmiz üçün məzlumların və tövbəkarların dövrü oldu. Rus Pravoslav Kilsəsinin Arxierey Yubiley Şurasının 2000-ci il moizəsinə əsasən, məhz bu əsr bizə “Kilsəmizin tarixində baş vermiş İlahi təqdirin əzəmətini” göstərdi. “Möminlərin rastlaşdığı dəhşətli zülm insan ruhunun pravoslav əqidəsi və Tanrıya və yaxınlara sevgidə təzahür edən İlahi iradəyə təvəkküllə təsdiqini tapan əzəmətini sındıra bilmədi. Müqəddəs Provaslavlığa sədaqətini ağlasığmaz əzablarla təsdiq etmiş Rusiyanın yeni məzlumları və tövbəkarları ölümün qarşısında əyilməyib dirilmə və yeni həyat qazanan İncil taxılına bənzədilər (İn. 12, 24).
Bu gün bu mübarək taxıldan Tanrı xalqının zəngin mənəvi yenilənmə zəmisi boy atır. Məzlumların və tövbəkarların şücaəti kilsəni gücləndirdi, onun möhkəm təməlinə çevrildi. Repressiya atəşi nəinki torpaqlarımızda pravoslavlığı məhv edə bilmədi, əksinə, kilsənin sadiq övladlarının ürəklərinin möhkəmləndiyi sobaya çevrildi, ölümə qalib gəlib hər kəsə dirilmə ümidi vermiş Vahid Tanrıya təvəkkülləri daha sarsılmaz və möhkəm oldu”.
Məsih dini uğrunda rus məzlum və tövbəkarlar dəstəsinin başında müqəddəs Patriarx Tixon dayanır. O, bu dövrü xarakterizə edərək yazırdı: “Bu gün Müqəddəs Pravoslav Məsihin Kilsəsi Rus torpağında özünü ən ağır günlərini yaşayır: aşkar və gizli düşmənlər Məsih həqiqətinin üzərinə təqiblər başlatmış və Məsihin işini məhv etməyə can atırlar... Biz hamını, Kilsənin mömin və sadiq övladlarını çağırırıq: təhqir edilmiş və məzlum Müqəddəs Anamızın müdafiəsinə qalxın... Və əgər Məsihin işi üçün əziyyət çəkmək lazım olarsa, ey Kilsənin sevimli övladları, sizi özümüzlə birlikdə müqəddəs həvarinin sözləri bu əzablara çağırırıq: “Tanrı məhəbbətini bizdən kim alacaq: ya kədər, ya darlıq, ya təqib, ya izzət, istər çılpaqlıq, istər bəla, ya da qılınc” (Рим. 8, 35).
Müqəddəs Patriarx xətib Tixon yazırdı: “Çox çətin günlərimizdə Rəbb bir sıra yeni məzlumları aşkar etdi. Əgər Rəbb bizə təqib, əsarət, əzab və hətta ölüm sınağı göndərsə, Tanrının iradəsi olmadan bunun başımıza gələcəyinə və məzlumcasına öldürülmüş xaçpərəstlərin dünyanı Məsihin təlimləri ilə fəth etdiyi kimi şücaətimizin nəticəsiz qalmayacağına inanaraq hər şeyə səbirlə dözəcəyik”.
Müqəddəs Patriarx xətib Tixonun sözləri gerçəkləşdi - yeni şəhidlərin qanı üzərində Müqəddəs Pravoslav Kilsəsi bu gün yenidən dirçəlir.
Bu gün sevgi və ehtiramla bu günahsız əzabkeşlərin şücaətinə müraciət edirik. Əzab və kədərlə dolu həyat yollarında pravoslav xristianlar iman obrazını, Tanrıya və yaxınlara fədakar məhəbbət nümunəsi, yaşadıqları sınaqlarda dəstək
tapırlar. XX əsrdə təqiblər zamanı nə qədər ruhani və din xadimi inanclarına görə əziyyət çəkdi? Bu gün heç kim bu suala dəqiq cavab verə bilməz.
Amma sevinc hissilə qeyd etmək olar ki, Rus Pravoslav Kilsəsinin iki əsrdən artıqdır ki, öz xilaskarlıq missiyasını yerinə yetirdiyi torpaqlarımızda Məsihə “hətta ölənə qədər” sədaqət andı içmiş Tanrı qullarının adları işıq saçır.
Tanrının bu sadiq qullarından biri də Bakıdakı Tanrıdoğuranın Mövludu kilsəsinin baş keşişi İoann İliç Qançev olmuşdur.
İoann Ata 1878-ci ildə Vladimir vilayətinin Sima kəndində anadan olub. Valideynlərin xeyirxahlığı, sevgisi və təqvası, pravoslav ruhunda tərbiyə gələcək ruhaninin həyat yolu seçimini böyük ölçüdə müəyyənləşdirdi.
İvan Qançev ruhani təhsilini Petroqrad İlahiyyat Seminariyasında almışdır. Seminariyada oxuyarkən rəssamlığa çox həvəsi olan gələcək keşiş rəsm kurslarında iştirak edirdi. Sonralar bir keşiş kimi İoann ata gənclik marağını unutmadı və boş vaxtlarında yağlı boya ilə bibliya mövzuları ilə mənzərələr və rəsmlər çəkməyi sevirdi. İoann İliç Qançev İlahiyyat Seminariyasını bitirdikdən sonra 1910-cu ildə keşişliyə təyin olundu və kilsəmizin iyerarxiyasının xeyir-duası ilə uzaq Azərbaycanda keşişlik xidmətinə getdi. Əvvəllər İoann Ata üçün bura yad və tanış olmayan bir ölkə idi, amma o burada, uzaq və pravoslav olmayan bir ölkədə, Məsihə iman edənlərin qarşısında, onun ruhani kəlamına ehtiyacı olan pravoslavların qarşısında xidmətinin əhəmiyyətini xüsusilə hiss etdi. İoann Ata öz xidməti dövründə Tanrının kəlamını daşıyaraq şimaldan cənuba qədər bütün Azərbaycan torpağını gəzdi. Ata İoann Qançev Azərbaycanda ilk dəfə olarkən Bakı quberniyasının Quba rayonunun Aleksandrov kəndinin Tanrı Anasının Boqolyubskaya ikonasının şərəfinə kilsə ruhanisi, sonra isə Bakıdakı bu günə qədər qorunub saxlanmış Tanrı Anasının Milad kilsəsinin ruhanisi kimi bəndəliyi təbliğ etmişdir. O, bu vəzifəyə hələ 1911-ci ildə Bakı yepiskopu Pimenin (Peqovun) fərmanı ilə təyin edilib.

İoann Atanın tanıyan insanların xatirələrinə görə, o, yüksək təhsilli, yüksək mədəniyyətli, böyük qəlbli, mehriban ürəkli bir insan idi. İoann Atanın evində böyük bir kitabxana toplanmışdı, bunun üçün ayrıca otaq ayrılmışdı, kitablar arasında müəlliflərinin hədiyyə yazıları olan kitablar da var idi. Çox yönlü təhsilə malik, fisqarmoniya çalan, rəsm çəkməyi sevən, təbabəti yaxşı bilən İoann Ata Tanrının verdiyi bütün istedadları insanlara səxavətlə paylayırdı. Xəstəxanalardan birinin qəyyumu kimi xəstələrin təmənnasız müalicəsinə özü nəzarət edirdi. Çox vaxt özü də dindarlara ixtisaslı yardım göstərməli olurdu. Burada, pravoslavlığın mərkəzindən uzaqda olan Azərbaycanda xristianların xeyirxah və müdrik atası var idi.
1913-cü ildə İoann Atanın Yuri adlı oğlu, bir ildən sonra isə Lyudmila adlı bir qızı olur. Məbəd, xidmət, ailə - İoann Ata üçün çox əziz olan bu şeylər hamısı tezliklə təhqir olunacaq və məhv ediləcəkdi.

1920-ci illərdə bolşeviklər tərəfindən Kilsəyə və onun xidmətçilərinə qarşı dəhşətli təqiblər başladı. Kilsə əşyaları götürülüb aparılır, ikonalar dindarların əlindən alınır, keşişlərin evləri müsadirə edilir, kilsələrin qapısı mismarlanır. Məhz bu illərdə şəhəri bəzəyən müqəddəs nəcib knyaz Aleksandr Nevskinin şərəfinə olan möhtəşəm kilsə dağıdılır. Allahsızlar diyarımızın maarifçisi - müqəddəs həvari Varfolomeyin əzabkeş şücaət yerini göstərən kilsəni yerlə-yeksan etdilər.
Hakim arxierey - yepiskop Pavelin (Vilkovskinin) xeyir-duası ilə ata İoann Qançev Bakını tərk edərək ailəsi ilə birlikdə Lənkəran şəhərində notarius işləyən qardaşının yanına köçməyə məcbur olur. Lənkəranın yaxınlığındakı Prişib kəndində Tanrı Anasının “Bütün qəmlilərin sevinci” ikonasının şərəfinə kilsənin keşişi Aleksi Ponomarev atanın ölümündən sonra Ata İoann bu kilsənin keşişi təyin edilir. Və kilsələrin dağıldığı və məhv edildiyi bu dövrdə İoann Ata özü kilsəsinin boya işləri ilə məşğul olur. Uzaq bir kənddə kiçik bir məbəd bütün qəmlilər üçün əsl sevincə çevrilir. İllər keçir, Ata İoann Tanrıya və insanlara xidmət edir. Pravoslavlığın çırağı hələ də yanır. Lakin 1933-cü ildə ateistlər 57 yaşlı ata İoan Qançevin xidmət etdiyi Prişib məbədini bağlamaq qərarına gəlir. Ata İoann ailəsini Lənkəranda qoyub özü də Bakıya qayıdır. Bolşeviklər İoann Atanı dinindən əl çəkməyə məcbur etməyə çalışır və bu məqsədlə ruhani və onun ailə üzvlərini həbs edirlər. Qançovlar ailəsi yoxsulluq və təşviş içində yaşayırdı.
20 mart 1933-cü ildə İoann Ata saxta ittihamlarla həbs edilir. Həbs gecə saatlarında baş verir. Bütün Qançevlər ailəsi aparılir, İoann Ata, onun həyat yoldaşı, qardaşı, o vaxt cəmi 18-19 yaşlarında olan oğlu və qızı Bakı həbsxanalarından birində ayrıca ciddi rejimli kameralarda saxlanılır. Məhkumlar soyuq beton döşəmədə yatmağa məcbur idi, onların hətta üstlərinə örtməyə nazik örtüyü belə yox idi. Çekistlər evdən bütün paltarları, sənədləri, şəxsi əşyaları götürür.
Altı ay sonra, 10 sentyabr 1933-cü ildə “əks-inqilabi və casusluq fəaliyyətinə görə” və “Azərbaycan SSR-dən İrana sərhədi qanunsuz olaraq keçmək niyyətinə görə” İoann Ata BDSİ kollegiyası tərəfindən məhkum edilib (CM 58-ci maddəsinin 6, 10.12-ci bəndləri ilə) beş il müddətinə Qazaxıstana sürgünə göndərilir. İttiham protokolunu imzalayarkən İoann Ata yazır: “Mən həmişə qəl