Simalarda tarix

Protoierey Aleksandr İvanoviç Yunitskiy (1855-1940)

Protoierey Aleksandr İvanoviç Yunitskiy (1855-1940)

11 may 1855 ildə Penza vilayətinin Golovinşino kəndində bir keşişin ailəsində anadan olmuşdur. Penza şəhərinin dini məktəbini (1871) və Penza Dini Seminariyasını (1877) bitirmişdir, bir il ərzində Sankt-Peterburq Universitetində təhsil almışdır (1877), İlahiyyat namizədi dərəcəsi ilə Sankt-Peterburq Ruhani Akademiyasını bitirmişdir (1882). Tiflis dini məktəbində rus dili müəllimi (1882), sonra nəzarətçinin köməkçisi (1884) və şəriət müəllimi (1885) işləyirdi. 1885-ci ildən Bakıda Müqəddəs Nikolay Kafedral kilsəsinin baş keşiş, ierey, eyni zamanda Bakı Real Məktəbində(1886-1917) və Mariinsky Qadın Gimnaziyada(1886-1903) şəriət müəllimi. Kirill və Mefodiy İttifaqın təşkilatçı və sədri (1887). 1892-1917 - ci illərdə Bakı Quberniyasının kilsələrin baş keşişi. Tikintinin əsas təşkilatçılarından biri və 1898-ci ildən Müqəddəs Aleksandr Nevski Kafedral kilsəsinin baş keşişi olmuşdur. Balaxanı-Sabunçu neft mədənlərində (1898) məbədin Tikinti Komitəsinin xəzinədarı, Bakıda (1889) və Altı-Ağac kəndində (1894) kilsə-prixod məktəblərinin açılmasının, Biləcəri kəndində məbədlərin (1903) və Bakıdakı Apostol Varfolomey kilsə(1907) tikintisinin təşəbbüsçüsü. Bakı Şəhər Dumasının üzvü, Quberniya Statistika və həbsxanalar üzrə himayəçilik komitələrin üzvü (1901-1917), 2-ci Bakı kişi gimnaziyasında (1910-1914) və Müqəddəs Nina adına Qadın tədris müəssisəsində şəriət müəllimi, habelə 2-ci Qadın Gimnaziyasının Himayəçilik Şurasının üzvüdür (1916). 1918-ci ildən yepiskop Qriqori (Yatskovskinin) müavini kimi Bakı vikariatlığından Rus Pravoslav Kilsəsinin Yerli Qurultayın üzvü, 3-cü sessiyada iştirak etmişdir, III, IV, XVIII, XXIII şöbələrin üzvü idi. 1940-ci ildə vəfat etmişdir və Bakı şəhərinin Çembrikent qəbristanlığında dəfn edilib.

Теги:
simalarda tarix


Xəbərlər


Populyar Xəbərlər

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
52
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda ...

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
10.08.2026
46
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb

Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib. ...

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya
22.08.2026
43
Yeparxiya xəbərləri

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya

Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri ...

Xəbərlər