Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya

Ali-Mələk Mikayıl kilsəsində uşaqlar üçün liturgiya

Avqustun 22-də Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində sevindirici və çoxdan gözlənilən hadisə baş verib: prixodun tarixində ilk dəfə olaraq uşaqların iştirakı ilə İlahi Liturgiya keçirilib. Liturgiyanın bütün nəğmələri prixodun uşaqlar üçün bazar günü məktəbinin yuxarı qrupunun şagirdləri tərəfindən, regent Kristina Əfəndiyevanın rəhbərliyi altında ifa olunub. İbadətə kilsənin baş keşişi protoiyerey Mefodiy Əfəndiyev başçılıq edib. Onu prixodun ən yaşlı ruhanisi protoiyerey Georgiy Kipa müşayiət edib.

Uşaqların ifasında İlahi Liturgiyanın ayrı-ayrı nəğmələri Ali-Mələk Mikayıl kilsəsində ilk dəfə üç il əvvəl, 2023-cü ilin avqustunda səslənib. Həmin vaxtdan etibarən kilsənin gənc üzvləri bazar və bayram günlərində keçirilən ibadətlərdə müntəzəm iştirak edirlər.

İbadətin sonunda ata Mefodiy uşaqlar üçün bazar günü məktəbinin şagirdlərini və xorun regenti Kristina Əfəndiyevanı ilk Liturgiya münasibətilə təbrik edib, göstərdikləri səbir və səylərə görə onlara təşəkkürünü bildirib və gələcək xidmətlərində Allahın yardımını arzulayıb.



Xəbərlər


Bölmənin digər xəbərləri

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib
23.08.2026
2

Yepiskop Aleksiy Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiya keçirib

Əllinci Gün bayramından sonra 12-ci Rəbb Günündə Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Ali-Mələk Mikayıl kilsəsində İlahi Liturgiyanı keçirib. Arxiyereyi yeparxiya ruhaniləri müşayiət edib. Liturgiyanın sonunda

19 avqust - Rəbbin Surətinin Dəyişilməsi Bayramı
19.08.2026
4

19 avqust - Rəbbin Surətinin Dəyişilməsi Bayramı

Avqustun 19-da Kilsə Rəbbimiz Allahımız və Xilaskarımız İsa Məsihin Surətinin Dəyişilməsi bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi

İvanovkalı pravoslavlar Lənkəran kilsəsini ziyarət ediblər
16.08.2026
5

İvanovkalı pravoslavlar Lənkəran kilsəsini ziyarət ediblər

İvanovka kəndindəki Həvari və Müjdəçi Müqəddəs Yəhya kilsəsinin icma üzvləri Azərbaycanın ən cənubunda yerləşən kilsəni — Lənkəran şəhəri Allahın Əqdəs Validəsinin Dua Örpəyi kilsəsini ziyarət ediblər. İlahi

Xəbərlər

Populyar Xəbərlər

13 iyul - Müqəddəs On İki Həvari bayramı
13.07.2026
56
Yeparxiya xəbərləri

13 iyul - Müqəddəs On İki Həvari bayramı

Müqəddəs ali həvarilər Peter və Paul bayramından sonrakı gün Kilsə müqəddəs, şanlı və həmdəlayiq On İki Həvari bayramını qeyd edir. Bu, Kilsənin ən qədim bayramlarından biridir və onun qeyd olunmasına dair ilk məlumatlara IV əsr ...

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər
15.07.2026
44
Yeparxiya xəbərləri

Bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər

Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin bazar məktəbinin şagirdləri İçərişəhərə ekskursiya ediblər.  İçərişəhər – Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu və UNESCO-nun Ümumdünya İrs ...

Yepiskop Aleksiy qanvermə aksiyasında iştirak edib
25.06.2026
39
Yeparxiya xəbərləri

Yepiskop Aleksiy qanvermə aksiyasında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsi tibbi səbəblərə görə qan köçürülməsinə ehtiyacı olanlar üçün qanvermə xeyriyyə aksiyası keçirib. Azərbaycanın ənənəvi dini icmalarının rəhbərləri arasında ...

Xəbərlər