Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri

19 avqust - Rəbbin Surətinin Dəyişilməsi Bayramı

19 avqust - Rəbbin Surətinin Dəyişilməsi Bayramı

Avqustun 19-da Kilsə Rəbbimiz Allahımız və Xilaskarımız İsa Məsihin Surətinin Dəyişilməsi bayramını qeyd edir. Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya keçirib. Arxiyereyi kafedral kilsəsinin ruhaniləri müşayiət ediblər. İbadətin sonunda yepiskop Aleksiy bayram mövzusunda vəz ilə toplaşanlara  müraciət edib. Ənənəyə uyğun olaraq, bu gün yeni məhsulun meyvələrinə — üzüm, alma və digərlərinə xeyir-dua verildi.



Xəbərlər