Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Bakıda Həvari Bartalmayın anma günü qeyd edilib
24 iyun tarixində, Bakı şəhərinin səmavi himayədarı müqəddəs həvari Bartalmayın xatirəsi günündə Qız Qalasının yaxınlığında müqəddəsin şərəfinə akafistin oxunuşi ilə müşayiət olunan dua mərasimi keçirilib. Ənənəyə uyğun olaraq, həmin gün Azərbaycan xristianları 1892-ci ildə inşa edilmiş və 1936-cı ildə dağıdılmış Müqəddəs Bartalmay ibadətgahının təməli üzərində dua etmək üçün bir araya gəlirlər. Səhər tezdən keçirilməsinə baxmayaraq, hər il təşkil olunan bu dua mərasimi müqəddəs həvarinin şəfaətini və yardımını diləmək istəyən çoxsaylı möminləri bir araya toplayır.
Müqəddəs həvari Bartalmayın şəhid olduğu yerdə keçirilən ibadətə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Dua mərasimində Azərbaycan Respublikasındakı Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete və Alban-Udi xristian icmasının sədri Robert Mobili iştirak ediblər. Mərasimin sonunda yepiskop Aleksiy bayram ibadətinin təşkilində Bakı yeparxiyasına hərtərəfli dəstək göstərmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmudovu salamlayaraq ona təşəkkürünü bildirib. Bayram tədbirləri daha sonra Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiya ilə davam edib.
Xəbərlər

Bölmə üzrə Menyu
Bölmənin digər xəbərləri
10.08.2026
9Yepiskop Aleksiy “İçərişəhər” İdarəsinin sədri ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud arasında görüş keçirilib.
10.08.2026
7Avqustun 10-da Kilsə Allahın Əqdəs Validəsinin Smolensk ikonasının xatirəsini qeyd edir
Avqustun 10-da Kilsə Allahın Əqdəs Validəsinin Smolensk ikonasının xatirəsini qeyd edir. “Odigitria”, yəni “Yolgöstərən” adlandırılan Smolensk ikonası, Kilsə rəvayətinə görə, Müqəddəs Məryəmin yer
09.08.2026
2Kafedral kilsəsinin bazar günü məktəbinin şagirdləri İvanovka kəndindəki Müqəddəs Həvari və Müjdəçi Yəhya prixodunu ziyarət ediblər
Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsinin uşaq bazar günü məktəbinin şagirdləri müəllimləri və valideynləri ilə birlikdə İvanovka kəndindəki Müqəddəs Həvari və Müjdəçi Yəhya prixodunu
Populyar Xəbərlər
13.06.2026
4913 iyun – yepiskop Aleksinin arxiyerey xirotoniyasının günü
İyunun 13-də Bakı və Azərbaycan yepiskopu Aleksiy həzrətləri arxiyerey xirotoniyasının ikinci ildönümünü qeyd edir. Bu əlamətdar gündə Aleksiy həzrətləri, yeparxiya ruhanilərinin müşayiətilə Bakı şəhəri Müqəddəs ...
16.06.2026
47Yepiskop Aleksiy Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti ilə keçirilən görüşdə iştirak edib
Bakı Tolerantlıq Evində Azərbaycanın dini liderlərinin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşü keçirilib. Görüş iştirakçıları ...
13.06.2026
46Yepiskop Aleksiy Azərbaycan Kazakları Birliyinin atamanı ilə görüşüb
Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzində Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Azərbaycan Kazakları Birliyinin atamanı Yuri Çigiryov arasında görüş keçirilib. Görüş zamanı kazaklar üçün ...