Bakı və Azərbaycan yeparxiyasinin xəbərləri
Avqustun 10-da Kilsə Allahın Əqdəs Validəsinin Smolensk ikonasının xatirəsini qeyd edir
Avqustun 10-da Kilsə Allahın Əqdəs Validəsinin Smolensk ikonasının xatirəsini qeyd edir.
“Odigitria”, yəni “Yolgöstərən” adlandırılan Smolensk ikonası, Kilsə rəvayətinə görə, Müqəddəs Məryəmin yer üzündə yaşadığı dövrdə Müjdəçi Luka tərəfindən çəkilib. Ehtimal olunur ki, bu müqəddəs təsvir Antioxiya hökmdarı Teofilin xahişi ilə yaradılıb. Antioxiyadan müqəddəs ikona Yerusəlimə, daha sonra isə Konstantinopola gətirilib və burada Vlaxerna kilsəsində yerləşdirilib.
1046-cı ildə Bizans imperatoru IX Konstantin Monomax qızı Annanı knyaz Vsevolod Yaroslaviçə ərə verərkən bu ikona ilə ona xeyir-dua verib. Knyaz Vsevolodun ölümündən sonra ikona onun oğlu Vladimir Monomaxa keçib. XII əsrin əvvəllərində Vladimir Monomax müqəddəs ikonanı Smolensk şəhərindəki Müqəddəs Məryəmin Göylərə Götürülməsi şərəfinə inşa edilmiş kafedral kilsəyə gətirib. Həmin vaxtdan etibarən ikona Smolensk Odigitriası adlandırılmağa başlayıb və Rus Pravoslav Kilsəsinin böyük qüdsiyyətlərindən birinə çevrilib.
Bayram günü Bakı və Azərbaycan yepiskopu Aleksiy Bakı şəhəri Müqəddəs Mürr-Daşıyan Zənənlər kafedral kilsəsində İlahi Liturgiyaya keçirib. Arxiyereyi kafedral kilsənin müşayiət ediblər.
Xəbərlər